Bütün xəbərlər
18 noyabr, 13:45

Bu gün COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) dəstəyi ilə Oksford Universitetinin “Saïd” Biznes Məktəbi və “Burjeel Holding”in birgə təşkilatçılığı ilə keçirilən “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi baş tutub. Tədbir iqlim problemləri ilə mübarizədə yenilikçi həllərin təqdim edilməsi və bu sahədə gələcək liderlərin formalaşdırılmasına xidmət edib.

Müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və onların müəllimləri iştirak edib. İştirakçılar arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış mütəxəssislər var.

“Azərbaycan müəllimi” müsabiqə iştirakçılarılarının bəziləri ilə həmsöhbət olub.

Aliyə Əhmədova: İqlim təhsili ilə dəyişiklik yaradan müəllim

Sumqayıt şəhəri İsmət Qayıbov adına bir nömrəli tam orta məktəbin fizika və STEAM müəllimi Aliyə Əhmədova müsabiqədə təqdim etdiyi proqramla iqlim təhsilinə yeni yanaşma gətirir. O deyir ki, iqlim problemləri proqramını dünyanın hər yerində müəllimlərin effektiv iqlim tədrisi ehtiyaclarına və tələbələrin sərbəst tədqiqatına uyğunlaşdıraraq hazırlayıb.

Aliyə Əhmədova həmçinin Avropa Scientix və STEM PD şəbəkələrinin səfiri kimi fəaliyyət göstərir. Son 5 il ərzində iqlim və STEAM layihələrində lider, menecer, koordinator və təlimçi kimi iştirak edib:

"Son üç ildə həyata keçirdiyim iqlim mərkəzli təşəbbüslər tələbələrin ətraf mühitlə dərindən məşğul olub, onun təsirini hiss etməsi üçün bir addım oldu".

Aliyə müəllimin təqdim etdiyi 6 həftəlik proqram çərçivəsində 15-16 yaşlı tələbələr real problemləri müəyyən edir, yaradıcı həll yolları təklif edir və icmaları ilə əməkdaşlıq edərək yerli səviyyədə iqlim şüuru yaradırlar. Məsələn, bir qrup avtobus dayanacağı üçün mini-dekorativ bağ yaradaraq kondensasiya suyundan istifadə edib yerli hava keyfiyyətini yaxşılaşdırılması üçün layihə hazırlayıb. Digər qrup isə şəhər mühitində hava kondisionerindən gələn su ilə suvarma sistemləri qurub.

Maykl Cons: Texnologiyadan iqlim problemlərinin həlli yolunda istifadə mənim əsas hədəfimdir.

Müsabiqənin digər iştirakçılarından biri, əslində kompüter mühəndisi olan müəllim Maykl Cons, şagirdlərini iqlim problemlərinin həllinə yönləndirir. O, texnologiya sahəsindəki biliklərini məktəbdə iqlim təhsili ilə birləşdirib. Jonsun layihəsi okean plastiklərinin problemini hədəfləyir:

"Şagirdlərimizi problemi araşdırmağa, dəyişiklikləri müdafiə etməyə və süni intellekt əsaslı texnologiya həlləri hazırlamağa təşviq edirik. Bu gün şagirdlərin təqdim etdiyi innovativ həllər əhəmiyyətli dəyişikliklərə yol açma potensialını nümayiş etdirdi".

Audrey və komandası su çatışmazlığı probleminə texnoloji yanaşma layihəsi ilə qalib olacaqlarına inanırlar. 

Finalın beynəlxalq iştirakçılarından biri, 16 yaşlı Audrey, “Terra Vapor Nurture” adlı komandası ilə Böyük Britaniyanı təmsil edir. Onlar qapalı dövrəli istixana sisteminə əsaslanan layihə təqdim ediblər. Audrey deyir ki, layihə hava buxarını tutub suvarma üçün təkrar istifadə edən sistemdən ibarətdir:

“Bu yanaşma, xüsusən də Sub-Sahara Afrikası və Cənub-Şərqi Asiya kimi su çatışmazlığı olan regionlarda böyük miqdarda suyun qorunmasına kömək edə bilər".

Qeyd edək ki, "İqlim dəyişikliyi" müsabiqəsinə ümumilikdə 58 ölkədən 1 000-dən çox müraciət daxil olub, onlardan 135-i Azərbaycandan olub. Münsiflər heyəti iştirakçıların kreativliyini və təqdim olunan həllərin innovativliyini yüksək qiymətləndirib.

COP29 çərçivəsində keçirilən bu müsabiqə bir daha göstərir ki, iqlim dəyişikliyi ilə mübarizədə hər birimizin rolu var. Kiçik təşəbbüslər böyük dəyişikliklərə yol aça bilər.

Xəbər lenti

31 yanvar, 20:56

Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib

31 yanvar, 18:21

Yaradıcı müəllimlər təltif olunub

31 yanvar, 17:44

Gənc müəllimlərin şagirdlərində milli-mənəvi dəyərlərin formalaşdırılmasında rolu

31 yanvar, 17:23

İnsan qavrayışını simulyasiya etmək üçün sintetik neyron yaradılıb

31 yanvar, 17:10

“Keyfiyyətli təhsil üçün kurikulumun rolu olduqca əhəmiyyətlidir”

31 yanvar, 17:09

Fəaliyyətimizin təqdir edilməsi bizi gələcəyə daha da ruhlandırır - Prezident mükafatına layiq görülən gənc

31 yanvar, 16:45

Günəşin aktivliyi 2025-ci ildə maksimuma çata bilər

31 yanvar, 16:36

Ali məktəblərin köçürülməsi problemin həlli, yoxsa yeni problemin yaranması deməkdir? 

31 yanvar, 16:35

Məktəblərin ətrafında parklanma məhdudiyyətləri tətbiq edilməlidirTƏKLİF

31 yanvar, 16:20

Sakit okeanın suları altında yeni qitə gizlənib?

31 yanvar, 16:10

Alimlər yerdə tapılmayan yeni element aşkar ediblər

31 yanvar, 15:58

Sumqayıtda dövlət məktəbinin şagirdləri üçün avtobus ayrılıb 

31 yanvar, 15:55

Peşə təhsilverənləri üçün “İnklüziv peşə təhsili metodaları” mövzusunda təlimlər keçirilib

31 yanvar, 15:55

Süni intellektin insanlara xas supergücü kəşf edilib

31 yanvar, 15:45

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdlərinə riyaziyyatdan intensiv dərslər keçirilib

31 yanvar, 15:39

“Şəhid həyat yoldaşımın peşəsini davam etdirmək arzusundayam” - Təhsilini illər sonra davam etdirənlər

31 yanvar, 15:34

Ali məktəblərdə dərslər 10.00-da başlasın - TƏKLİF 

31 yanvar, 15:25

Şagirdlər tapşırıqlarını nə üçün təxirə salırlar? 

31 yanvar, 15:24

Ağcabədidə qumbara partlayışı nəticəsində ölənlərdən biri 1-ci sinif şagirdi olub

31 yanvar, 14:30

Qumbara partlaması nəticəsində xəsarət alan məktəblinin vəziyyəti ağırdır - TƏBİB

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.