Bütün xəbərlər
18 noyabr, 14:50

Türkiyədə yeni tədris proqramına iqlim dəyişikliyi, ətraf mühit və davamlı inkişaf mövzularının daxil edilib. Bu dərslər vasitəsilə şagirdlərdə həm ekoloji problemlər haqqında məlumatlılıq yaratmaq, həm də bu sahədə innovativ həllər hazırlamaq qabiliyyətini inkişaf etdirmək məqsədilə mühüm addımlar atılır".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Yusuf Tekin Bakıda COP29 çərçivəsində "İnsan inkişafı və iqlim dayanıqlılığı üçün yaşıl təhsil mövzusunda nazirliklərarası dəyirmi masa - Yaşıl təhsil tərəfdaşlığı'nın 2-ci illik toplantısı"nda çıxışı zamanı bildirib.

Təhsil proqramımızda ətraf mühit təhsili, iqlim dəyişikliyi, yaşıl texnologiyalar, innovativ həllər və yaşıl iqtisadiyyat mövzuları əsas yer tutur.

Bundan əlavə, 6 fevral 2023-cü ildə ölkəmizin yaşadığı təbii fəlakətləri nəzərə alaraq, müasir dövrün çağırışlarına cavab verən bir model hazırlamaq qərarına gəldik. Tədris proqramımıza "Fəlakət idarəetməsi və ictimai dayanıqlıq" başlığı altında fəlakət təhsili, yerli biliklərin artırılması, fəlakətlərin qarşısının alınması və dayanıqlı inkişaf mövzularını əlavə etdik," – deyə nazir vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, proqramda, xüsusilə, qadın və uşaqların rolunu artırmaq, onları iqlim dayanıqlığı prosesinə daha fəal şəkildə cəlb etmək üçün xüsusi strategiyalar hazırlanır. Bununla yanaşı, yaşıl iqtisadiyyata keçidi dəstəkləyən təhsil strategiyaları, ekoloji sektorlarda işçi qüvvəsinin bacarıqlarını artırmaq və rəqəmsal transformasiya mövzuları üzərində də iş aparılır.

Yusuf Tekin bu istiqamətdə beynəlxalq qurumlarla, o cümlədən BMT, UNICEF, Dünya Bankı və UNESCO ilə birgə layihələrin həyata keçirildiyini bildirib:

"Bu kimi təşəbbüslər gələcək nəsillərə daha yaxşı bir dünya miras qoymaq baxımından çox vacibdir", - deyə türkiyəli nazir əlavə edib.

Şərhlər

Xəbər lenti

3 iyul, 20:58

Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı olub

3 iyul, 20:00

#AzərbaycanMüəllimləri müsabiqəsinin qalibləri mükafatlandırılıb

3 iyul, 18:33

MİQ üzrə imtahanların ilk günü başa çatdı – Davamiyyət 81 faiz olub

3 iyul, 17:15

Tələbə krediti üçün il sonunadək ayrılan vəsaitin həcmi açıqlandı

3 iyul, 17:15

"Müəllim işləmək uşaqlıq arzum olub” - Naxçıvanda MİQ imtahanı həyəcanı

3 iyul, 16:45

Azərbaycan dili imtahanının nəticələri elan olunub

3 iyul, 16:29

DİM 393 abituriyentin yazı işinə düzəliş edib: 6-sının balı endirilib

3 iyul, 16:27

Qəbul imtahanı ilə bağlı apellyasiya nəticələri açıqlanıb

3 iyul, 16:01

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat davam edir

3 iyul, 15:45

Hava şəraiti ilə bağlı xəbərdarlıq verilib

3 iyul, 15:15

MİQ imtahanının ilk gününün birinci seansında davamiyyət 83 faiz olub

3 iyul, 15:08

İyulun 13-də keçiriləcək qəbul imtahanlarında iştirak edənlərin NƏZƏRİNƏ!

3 iyul, 14:52

"Müəllimlərin "çətin" hesab etdiyi suallar nəzəri baxımdan mürəkkəb deyil" – Nəzakət Mehdiyeva

3 iyul, 14:50

“Hüquqşünaslıq” üzrə təhsil alanların 81 faizi peşə tanınması imtahanından kəsilib

3 iyul, 14:48

Nəzakət Mehdiyeva: Kimya müəllimlərinin 85 faizi sertifikatlaşdırmada 30 balı keçib

3 iyul, 14:43

Müəllim və şagirdlər premium səviyyəli süni intellektdən pulsuz istifadə edəcəklər

3 iyul, 13:07

“Öz üzərimdə mütəmadi çalışmağım yüksək bal toplamağıma çox kömək etdi” – Kimya müəllimi

3 iyul, 12:50

İnklüziv təhsil: Qlobal yanaşmalar və Azərbaycan təcrübəsi

3 iyul, 12:44

BDU-da “Code8 Hackathon” keçirilib

3 iyul, 12:42

“Mobil proqramçı” ixtisası üzrə təlimə qeydiyyat başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.