Bütün xəbərlər
18 noyabr, 15:16

UNICEF nümayəndələri Bakıda COP29 çərçivəsində "İnsan inkişafı və iqlim dayanıqlılığı üçün yaşıl təhsil mövzusunda nazirliklərarası dəyirmi masa - Yaşıl təhsil tərəfdaşlığı'nın 2-ci illik toplantısı"nda çağırışlar ediblər.

"Azərbaycan müəllimi" həmin çağırışlardan çıxarışları təqdim edir:

"UNICEF olaraq, təhsilin iqlim dəyişikliklərinə adaptasiya üçün ən yaxşı sərmayə olduğuna inanırıq. Təhsil və iqlim arasında sıx əlaqələrin mövcud olduğunu nəzərə alaraq, bir neçə vacib məqama diqqət yetirmək istəyirik:

İqlim şoklarının təhsilə təsiri

İqlim şoklarının təhsil nəticələrinə necə mənfi təsir etdiyini görürük. Məsələn, istilik dalğaları zamanı təhsil nəticələri orta hesabla 14% azalır. Təbiət fəlakətlərini – qasırğaları, daşqınları və ya quraqlığı yaşamış uşaqların 43%-i sonradan psixoloji narahatlıq keçirir ki, bu da onların təhsil göstəricilərinə təsir edir.

Yanvar 2022-dən aprel 2024-ə qədər 104 milyon uşaq məktəb bağlanmaları ilə üzləşib, bu da iqlim şoklarının təsirinin miqyasını göstərir.

Məktəblərdə iqlim dəyişikliyinə uyğun investisiyalar ayrılmalıdır

İqlim və təhsil arasında əlaqənin inkar edilə bilməyəcəyini diqqətə çatdırmalıyıq. Təhsil sahəsinə iqlim investisiyaları həm mümkün, həm də yüksək gəlir gətirir.

UNICEF olaraq 80 ölkədə məktəblərin günəş enerjisi ilə təmin edilməsini həyata keçiririk ki, bu da iqlim şüuru və ekoloji bağlılığı artırır. Həmçinin, uşaq bağçalarında hava filtrasiyasının quraşdırılması tənəffüs yolları xəstəliklərini azaldır, məktəblərin dizaynı isə daxili temperaturu müəyyən qədər aşağı sala bilir.

İqlimə dəyişmələrinə dayanıqlı məktəblər yaratmaq

İqlimə uyğunlaşma yalnız təhsillə məhdudlaşmamalıdır. Uşaqların həyatına təsir edən sosial sektorlar arasında sinerji yaratmaq zəruridir. Məsələn, təhsil, su və sanitariya, sosial müdafiə və səhiyyə sahələrini birləşdirən 3 milyon uşağı əhatə edən bir proqram həyata keçiririk. Bu yanaşma həm təhlükəsiz məktəblər, həm də torpaq və suyun qorunması üçün investisiyaları təşviq edir, nəticədə humanitar yardıma asılılığı azaldır.

İqlim savadlılığının təhsil proqramına inteqrasiyası

İqlim mövzularını təhsil proqramlarına daxil etmək vacibdir. Bütün ölkələr Paris Sazişinin 12-ci maddəsinə imza atıb, bu da iqlim təhsili ilə bağlı öhdəlikləri ehtiva edir. Sadəcə ümumi təhsil deyil, praktiki peşə bacarıqları da gənclərin yaşıl iqtisadiyyatda iştirakını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Uşaqlar üçün daha çevik iqlim maliyyəsi

Hazırda iqlim maliyyəsinin yalnız 2,4%-i uşaqlara yönəlikdir. Təhsil nazirləri və bütün ölkələr yeni iqlim maliyyə məqsədinin sosial xidmətlərə və uşaqların ehtiyaclarına fokuslanmasını təmin etmək üçün səy göstərməlidirlər. Söhbətlə kifayətlənmək olmaz – konkret tədbirlər görmək lazımdır.

UNICEF olaraq, bütün hökumətləri uşaqların gələcəyini təmin etmək üçün konkret addımlar atmağa çağırırıq:

"İqlim dəyişikliklərinə qarşı təhsil vasitəsilə mübarizə aparmaq üçün birlikdə işləməliyik".

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.