Bütün xəbərlər
27 noyabr, 15:10

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) tərəfindən III Kəlağayı Festivalı keçirilib. Festivalın keçirilməsində əsas məqsəd maddi-mədəni və milli irsimizin uşaq və gənclər arasında təbliğ edilməsi, xalqımıza məxsus mədəni-mənəvi dəyərlərin yaşadılmasından ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, festival çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrinin dərnək üzvləri arasında “Kəlağayı milli ruhun simfoniyasıdır” adlı müsabiqə keçirilib. Müsabiqə iki nominasiya (“Müasir geyim obrazında kəlağayı” videotəqdimat müsabiqəsi və “Azərbaycan Kəlağayı ornamentləri rəsmlərdə” rəsm müsabiqəsi) üzrə təşkil olunub.

Müsabiqədə 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzləri və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri mübarizə aparıblar.

Sonda I, II, III yerin qalibləri diplom və sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, “Kəlağayı milli ruhun simfoniyasıdır” adlı müsabiqədə qonaq qismində Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil idarəsinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun müdiri Günay Qurbanova, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili sektorunun əməkdaşı Xanım Oruczadə iştirak ediblər.

Onu da qeyd edək ki, III Kəlağayı Festivalı çərçivəsində 5 nömrəli UGİM və Şəki şəhər Rasim Ocaqov adına UGİM-in birgə əməkdaşlığı ilə ustad dərsi, konsert proqramı, Şəki İpək Kombinatına ekskursiya da təşkil olunub.

1 /13

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.