Bütün xəbərlər
28 noyabr, 09:39

“Uşaqlar və ekologiya” mövzusuna həsr edilmiş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşü keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Sədr Bahar Muradova səfirləri salamlayaraq, gənclərin ölkəmizin, xalqımızın, gələcəyimizin və ən əsası insan kapitalının ən əhəmiyyətli hissəsi olduğunu vurğulayıb. 

Məclisin üzvlərinin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq işləri ilə əlaqədar bir sıra qurumlar və nazirliklərdə görüşlərinə diqqət çəkən sədr, onların aktiv fəaliyyətini yüksək qiymətləndirib.  Xüsusilə də yaşlarına uyğun vacib olan vəzifələrin, öhdəliklərin, dərs yükü ilə bərabər ictimai fəaliyyətlə də məşğul olmanın çox yaxşı nümunə olduğunu qeyd edib.

B. Muradova USM layihəsi çərçivəsində səfirlərin uşaq hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər, onları narahat edən məsələlərlə bağlı fikir və təkliflərini çatdırmaq imkanı əldə etdiklərini bildirib. 

O, yeni ideyaları və istiqamətləri kəşf etməyə imkan verməsi baxımından uşaq və gənclərlə birgə işləməyin olduqca maraqlı olduğunu vurğulayaraq, əlavə edib ki, gələcək nəslin nümayəndələri zamanın nəbzini tutmağı, gələcək həyatında özünü liderliyə hazırlamağı yaxşı bacarır: “Təbəssüm dolu üzünüz, özgüvəniniz öz sözünü deyir. Bu həqiqətdir ki, sizin yaşınız, oxumağa-öyrənməyə əxz etməyə başladığınız zamandan əldə etdikləriniz çoxdur və bugünə və sabaha inamla baxa bilirsiniz”.

B.Muradova, bütün dünyada yaşıl enerji keçidlərinin yaşandığı bir zamanda təbiətə qayğı ilə yanaşmağın, onu  qorumağın önəmindən danışıb. Yaşıdları ilə ünsiyyətdə hörmət və anlayışlı davranmağı, problemlərlə qarşılaşdıqda ruhdan düşməməyi tövsiyə edib.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində öz öhdəliyinə düşən iş bölgüsü haqqında Komitə sədrinə məlumat verib, bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildiriblər. Qeyd ediblər ki, hazırda ekspertlərin də cəlb olunduğu müxtəlif mövzularda olan işçi qruplarda aktiv müzakirələr aparılır.

Foruma hazırlıq mərhələsində dövlət rəsmiləri ilə olan görüşlərindən xoş təəssüratlarını bölüşən uşaqlar, maraqlı diskussiya aparıldığını, müxtəlif istiqamətlər üzrə ətraflı məlumatlandıqlarını diqqətə çatdırıblar. Əldə etdikləri məlumatların Foruma daha yaxşı hazırlaşmaq üçün zəmin yaratdığını deyən uşaqlar, onlar üçün yaradılan şəraitə görə Komitə sədrinə təşəkkürünü bildiriblər.

USM-in problemlərin həlli ilə bağlı təşəbbüs və təkliflərlə çıxış etmək üçün uğurlu platforma olduğunu bildirən uşaqlar, Məclisdəki fəaliyyətləri dövründə qazandıqları bilik və bacarıqların gələcək fəaliyyətlərində də yararlı olacağına əminliyini ifadə ediblər. Qeyd ediblər ki, böyük qürur hissi ilə yorulmadan, davamlı olaraq qarşıya qoyulmuş məqsədlərə doğru fəaliyyəti həyata keçirir və bu yaşda böyük təcrübələr əldə edirlər. 15 nəfərlik bir komanda olaraq ölkənin hər bir regionunda fəaliyyət göstərən nümayəndələr vasitəsilə daim Azərbaycan uşaqlarının inkişafına töhfə verməyə çalışdıqlarını diqqətə çatdırıblar. 

Komitə sədri yeni seçilmiş üzvlərin hər birini bir daha ürəkdən təbrik edib, həmçinin   onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. 

Sonda B.Muradova, USM-in yeni üzvlərinə Məclisin üzvlük vəsiqəsini təqdim edib.

1 /6

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.