Bütün xəbərlər
29 noyabr, 09:53

Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 5 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti və Gəncə Dövlət Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib.

Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb.

Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsil müəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və Agentliyə təqdim etməsi nəzərdə tutulur.

Şərhlər

Xəbər lenti

9 iyul, 15:17

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə infotur təşkil olunub

9 iyul, 15:05

Ad günündə xəyalını gerçək etdi, MİQ-lə arzusuna çatdı

9 iyul, 13:30

Telefonu deyil, kitabı seçdilər – Yay tətilində belə dincəlirlər – SORĞU 

9 iyul, 13:17

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşdi

9 iyul, 12:49

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 mindən çox sorğu yerləşdirilib

9 iyul, 12:38

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

9 iyul, 11:29

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti “SİMA” ilə təsdiq edilib

9 iyul, 11:25

“MİQ həm də inkişafa yol açan platformadır” – İmtahanda uğur qazanan kənd müəllimi 

9 iyul, 11:22

"Peşə təhsili və insan kapitalı” jurnalının oxucularla növbəti görüşü

9 iyul, 10:05

UNEC xaric etdiyi tələbələri geri çağırır

9 iyul, 09:54

Yeni təhsil modeli əsasında fəaliyyətə başlayacaq məktəbə müəllim axtarılır

9 iyul, 09:51

Koreyanın iş adamı SDU-da innovasiyalar mövzusuna dair çıxış edib

9 iyul, 09:39

AzMİU-da 880 imtahan işinə apellyasiya qaydasında yenidən baxılıb

9 iyul, 09:37

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası baş tutub

9 iyul, 09:34

BMU-nun müəllim və tələbə heyətinin Çinə səfəri başlayıb

8 iyul, 18:01

Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlanıb

8 iyul, 16:45

Qarabağ Universiteti tibbi kadr hazırlığına başlayır – Plan yerləri müəyyənləşdi

8 iyul, 16:35

MDU "Azəralüminium"la əməkdaşlığa başlayır

8 iyul, 16:31

Yüzlərlə gənc arasından seçilib nazirlikdə təcrübəyə başladılar – REPORTAJ

8 iyul, 15:58

“Sualları rahatlıqla cavablandırdım” MİQ imtahanında maksimum bal toplayan müəllim

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.