Bütün xəbərlər
29 noyabr, 17:00

27 noyabr 2024-cü il tarixində “4D Dual TVET” layihəsinin Azərbaycan üzrə birinci mərhələsinin bağlanış tədbiri keçirilib. 

Bu barədə “Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Layihə 2021-ci ildən peşə təhsilində təlim keyfiyyətini və standartlarını yaxşılaşdırmaq, eləcə də İKT və avtomobil mexatronikası sahəsində əmək bazarına uyğun bacarıqların artırılmasını dəstəkləmək məqsədilə həyata keçirilir.

Tədbirdə çıxış edən qonaqlar peşə təhsilindəki nəaliyyətlər və növbəti hədəflər haqqında danışaraq təhsilin bu növünün əmək bazarının tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar.

Layihə çərçivəsində 2022-2023-cü tədris ilindən başlayaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində İKT və avtomobil mexatronikası üzrə dual qruplara tələbə qəbulu aparılıb. Dual peşə təhsili qruplarında təhsil alan tələbələr nəzəri dərslərinini peşə təhsili müəssisəsində, praktiki dərslərini isə ölkədəki 25 yerli və beynəlxalq şirkətdə real iş mühitində keçiblər. Hal-hazırda  9 qrup üzrə ümumilikdə 171 tələbə dual qruplarda peşə təhsilini davam etdirir.

Qeyd edək ki, sözügedən layihə Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən "Sequa" təşkilatı vasitəsilə maliyyələşdirilir və "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V" (BIWE) təşkilatı tərəfindən icra olunur

1 /5

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.