Voronej Dövlət Universitetinin nümayəndələri - prorektor Yuri Bubnov, dekanlar Olqa Boriskina, Janna Graçeva, beynəlxalq institut rəhbəri Alla Akulşina Azərbaycan Dillər Universitetində (ADU) qonaq olublar.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqlar ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova, ümumi işlər üzrə prorektor dosent Vüqar Mehrabov, rektorun köməkçisi Coşqun Dadaşov, Rusiyaşünaslıq Mərkəzinin müdiri Diana Hüseynzadə ilə görüşüblər.
Görüşdə hər iki universitet arasında əməkdaşlıq məsələləri, o cümlədən ikili diplom, olimpiada və müsabiqələrin keçirilməsi, mühazirəçi müəllimlərin mübadiləsi, hər iki dilin qarşılıqlı tədrisi məsələsi müzakirə olunub.
Voronej Dövlət Universitetinin prorektoru Yuri Bubnov Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının inkişafı, təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb.
Bildirilib ki, Azərbaycan ilə Rusiya universitetləri arasında mövcud əməkdaşlıq təkcə elm və təhsil sahələrini deyil, eyni zamanda, mədəni əlaqələri də möhkəmləndirir.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)