Dekabrın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikasının İzmir Yüksək Texnologiya İnsitutunun və Xəzər Universitetinin nümayəndə heyəti arasında görüş keçirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə agentlikdən məlumat verilib.
Belə ki, görüş zamanı tərəflər arasında beynəlxalq əməkdaşlıq və elmi tədqiqat sahəsində cari vəziyyət müzakirə olunub, “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) layihəsi çərçivəsində yerli ali təhsil müəssisələrinin sözügedən layihədə aktiv iştirakı, o cümlədən qarşılıqlı tərəfdaşlıq perspektivlərinin təhlili aparılıb.
Qeyd edək ki, rektor Yusuf Baranın rəhbərlik etdiyi İzmir Yüksək Texnologiya İnsitutunun nümayəndə heyəti “”DIRNA” layihəsi çərçivəsində ölkəmizə səfərdədir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)