Bütün xəbərlər
6 dekabr, 16:17

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Xalq qəzeti”nin “Debat otağı” açılıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, açılış mərasimdə çıxış edən rektor Elçin Babayev son illər BDU-da xüsusi otaqların açılmasının ənənə xarakteri daşıdığını və bunun tədrisin keyfiyyətinin artırılmasına xidmət etdiyini bildirib. O qeyd edib ki, artıq Jurnalistika fakültəsində Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, “ARB24” televiziyasının xüsusi otaqları açılıb. Bu otaqların hər biri tələbə-jurnalistlər üçün nəzəri biliklərin praktikada tətbiqi baxımından əvəzsiz rol oynayır. Rektor vurğulayıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Xalq qəzeti” dövlətin informasiya siyasətində mühüm halqalardan biridir: “BDU-da “Xalq qəzeti”nin “Debat otağı”nın açılması tələbələrin dövlətin informasiya siyasəti ilə daha yaxından tanış olmasına, medianın aktual məsələləri, informasiya təhlükəsizliyinə dair peşəkar mütəxəssislərin iştirakı ilə canlı müzakirələrin aparılmasına şərait yaradacaq”.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov isə bildirib ki, “Debat otağı”nın açılması gənc jurnalistlərin peşəkar mətbuata hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır: ””Xalq qəzeti”nin kollektivinin 80 faizini BDU məzunları təşkil edir. Bu ənənəni daha da möhkəmləndirmək üçün Jurnalistika fakültəsinə daha bir addım yaxınlaşmağı qərara aldıq. Jurnalistika fakültəsi mətbuatın əsas kadr bazasıdır. Təcrübə göstərir ki, bu fakültəni bitirənlər peşə dəyərlərinə daha çox əməl edirlər. Bu otaqda çoxsaylı görüşlər, müzakirələr keçiriləcək. Bundan əlavə, “Xalq qəzeti”ndə Jurnalistika fakültəsinin bir kafedrasının filialının açılmasını da nəzərdə tutmuşuq”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Aydın Quliyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, kafedra müdirləri Cahangir Məmmədli, Qulu Məhərrəmli, Xatirə Hüseynova, Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu çıxışlarında “Debat otağı”nın açılmasının BDU-mətbuat əlaqələrinə töhfə verəcəyini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, tələbələrə praktik vərdişlər aşılayan belə layihələr daha peşəkar jurnalist kadrların yetişməsinə təkan verəcək.

1 /4

Şərhlər

Xəbər lenti

20 oktyabr, 11:53

ADNSU-nun rektoru beynəlxalq müsabiqəyə qatılacaq tələbələrlə görüşüb

20 oktyabr, 11:47

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi, Sammit 2025 tədbiri keçiriləcək

20 oktyabr, 11:33

“bp Azərbaycan”dan gənclər üçün fürsət

20 oktyabr, 11:30

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert müsabiqəsi elan olunur

20 oktyabr, 11:13

ICESCO rəsmisi: İqlim fəaliyyətinin təhsil proqramlarına salınması üçün səy göstərilir

20 oktyabr, 11:02

Məryəm Qafarzadə: Ekoloji məsuliyyəti təhsil sistemlərinin mərkəzinə qoymalıyıq

20 oktyabr, 10:49

ICESCO rəsmisi: Gələcək nəsilləri necə öyrətdiyimizə yenidən baxmalıyıq

20 oktyabr, 10:40

Sudan səmərəli istifadə maarifləndirmənin mühüm istiqamətlərindəndir – Nazir müavini

20 oktyabr, 10:31

Həsən Həsənli: Qarşılıqlı əməkdaşlıq olmadan qlobal çağırışların öhdəsindən gəlmək mümkün deyil

20 oktyabr, 10:29

Ölkəmizdə müəllimlərin peşəkar inkişafı necə təşkil edilir?

20 oktyabr, 10:28

“Müstəqil türk dövlətlərində dil siyasəti” – Monoqrafiya Qarabağ Universitetinin mühüm elmi nəticələrindəndir

20 oktyabr, 09:43

UNEC “Webometrics” reytinqində ölkə birincisi oldu

20 oktyabr, 09:41

QHT Əməkdaşlıq Forumu iştirakçıları Qarabağ Universiteti ilə tanış olub

19 oktyabr, 16:09

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 11:51

ADNSU-da Elm və Davamlılıq Konfransı keçirilib

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.