
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 8 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib.
İdarədən “Azərbaycan müəllimi”nə bildirilib ki, martın 2-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 91 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Şəhanə Abbasova, “Zəngi” liseyinin şagirdi Nuray Bayramova, 192 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Ülkər Ələkbərova, 68 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Rəhim Fərəczadə, 37 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Mədinə İsmayılzadə, 54 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Gülay Mürvətova, 272 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sona Nurməmmədli, 295 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Tovuz Seyidova 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər