Bütün xəbərlər
14 aprel, 14:02

Aprelin 11-də Rusiyanın Orenburq Dövlət Universitetdə “İlin şagirdi – 2025” Ümumrusiya müsabiqəsinin regional mərhələsi keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Orenburq vilayətinin müxtəlif yerlərindən olan 34 istedadlı və həvəskar məktəbli öz regionlarını federal səviyyədə təmsil etmək hüququ uğrunda mübarizə aparıb. Müsabiqənin qalibləri arasında azərbaycanlı şagird Nərgiz Yaşar qızı Məsimova da var.

“İlin Tələbə Şurasının sədri”ndən tutmuş “İlin intellekti”nə qədər müxtəlif nominasiyaları əhatə edən müsabiqə gənc nəslin ən yaxşı nümayəndələrini üzə çıxarıb. Burada ictimai fəaliyyət, idman, yaradıcılıq, vətənpərvərlik və intellektual sahədə nailiyyətlərlə özlərini ifadə etməyə çalışan 8-10-cu sinif şagirdləri iştirak ediblər.

Gərgin rəqabətdən sonra münsiflər heyəti tərəfindən müsabiqənin Ümumrusiya mərhələsinə keçəcək yeddi qalibi seçilib. Qaliblər arasında “Tələbə Şurasının sədri” nominasiyası üzrə “İlin şagirdi – 2025” adını qazanmış “Saqarçinski tam orta məktəbi” bələdiyyə büdcə təhsil müəssisəsinin 10-cu sinif şagirdi Nərgiz Məsimova da var.

Nərgiz müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb: "Vilayətin birinciliyinə çıxmaq əsl mübarizə idi. Əvvəlki illərin müsabiqələrində əldə etdiyim uğurlar və böyük portfolio sayəsində müsabiqədən keçə bildim. Məni müsabiqədə iştiraka ruhlandıran müəllimim Məhəbbət Jubandıkova da "İlin müəllimi" adına layiq görüldü! Müsabiqədə özünü təqdimetmə, layihə müdafiəsi və keys problemlərini həll etmək tələb olunurdu. Müəllimimlə birlikdə diqqətlə müsabiqəyə hazırlaşdıq və mən özümü uğurla təqdim edə bildim, münsiflər heyətinin bütün suallarını cavablandıraraq qalib gəldim".

Xatarladaq ki, Nərgiz Məsimova Orenburq Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin (ARMM) sədri Yaşar Məsimovun qızıdır.

1 /1

Şərhlər

Xəbər lenti

17 may, 11:44

BANM-də “Açıq qapı” günü keçirilib

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da geologiya muzeyinin açılışı olub

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

16 may, 16:57

Narkomaniya və cinayətkarlıq: Gənclər hüququ öyrənirlər

16 may, 16:53

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

16 may, 16:39

İmtahan zamanı bildiklərimizi niyə unuduruq?

16 may, 16:26

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

16 may, 16:09

Mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub

16 may, 16:02

Peşəsini sevərək seçənlər: Gələcəyin ustaları - REPORTAJ

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.