
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən mikromobillik vasitələrinin (elektrikli skuter, velosiped və s.) düzgün və təhlükəsiz istifadəsinə həsr olunmuş maarifləndirici sessiya təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin məqsədi gənclərdə dayanıqlı nəqliyyat vərdişlərinin təşviqi, ictimai məkanda məsuliyyətli davranış mədəniyyətinin formalaşdırılması, eləcə də müasir nəqliyyat tendensiyalarına uyğun şüurlu istifadə bacarıqlarının artırılması olub.
İki hissədən ibarət olan sessiyanın ilk mərhələsində “Mikromobillik” mövzusunda təqdimat keçirilib, maarifləndirici məlumatlar verilib və interaktiv müzakirələr aparılıb. İkinci mərhələ isə praktik skuter təlimi ilə davam edib, burada tələbələr birbaşa təcrübə qazanmaq imkanı əldə ediblər.
Maarifləndirici sessiya interaktiv formatda təşkil olunub və iştirakçılara həm nəzəri biliklər, həm də praktiki bacarıqlar təqdim edilib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər