Bütün xəbərlər
23 sentyabr, 11:13

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə ən çox layihə Bakı, Gəncə və Ağstafadan təqdim olunub. 

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.

O qeyd edib ki, təəssüf ki, bu il Naftalan və Xocalı rayonlarından heç bir müraciət daxil olmayıb:

“Əlavə olaraq qeyd edim ki, 676 nəfər bu il ilk dəfədir ki, müsabiqəyə qatılıb. Bu, müsabiqənin hər il daha geniş auditoriyanı cəlb etdiyini göstərir. Nəticələrə gəldikdə, 1516 layihədən 683-ü (45%) keçid balını toplaya bilib, 833 layihə isə bu mərhələdə uğur qazana bilməyib. Keçid balını toplayan layihələrdən yalnız 220-si müsabiqə büdcəsinə uyğun gəldiyi üçün qrant qazanmaq hüququ əldə edib. Onların 214-ü fərdi layihə, 6-sı isə ümumi təhsil müəssisəsi kateqoriyası üzrədir”.

Sektor müdiri bildirib ki, mövzu istiqamətləri üzrə nəticələr də maraqlı mənzərə yaradır. Qrant qazananların ən böyük hissəsi “Həyati bacarıqların inkişaf etdirilməsi” üzrə olub – 72 layihə (33%). Ən az qalib isə “Təhsilverənlərin peşəkar inkişafı” istiqamətində qeydə alınıb – cəmi 20 layihə (9%):

"Qaliblərin bölgələr üzrə paylanmasına baxanda isə ən çox qrant qazanan şəhər və rayonlar Bakı, Cəlilabad, Gəncə, Abşeron, Şəmkir və Sumqayıt olub. Bu da göstərir ki, paytaxtla yanaşı regionlarda da müəllimlər və məktəblər aktiv iştirak edirlər. Diqqətçəkən sonuncu fakt isə qaliblərin təcrübəsinə aiddir. 220 qalibdən 157-si (71%) ilk dəfədir ki, qrant qazanır.

Beləliklə, statistika göstərir ki, müsabiqə ildən-ilə daha çox müəllimi və məktəbi əhatə edir, yeni təşəbbüslərə yol açır və təhsil sistemində innovativ ideyaların tətbiqinə şərait yaradır".

Şərhlər

Xəbər lenti

23 sentyabr, 17:14

ADPU-da yeni oxu zalı yaradılıb

23 sentyabr, 17:05

SABAH məzunu Avropanın nüfuzlu universitetlərinin birgə doktorantura proqramına qəbul olub

23 sentyabr, 16:39

TİF və TKTA 103 DP qalibinin IELTS imtahan xərcini qarşılayıb

23 sentyabr, 16:27

Müəllimlərin sertifikasiya müsahibəsinin keçiriləcəyi vaxt açıqlanıb

23 sentyabr, 16:22

Corc Vaşinqton Universitetinin professoru ADNSU tələbələrinə seminar keçib

23 sentyabr, 15:34

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

23 sentyabr, 15:23

Yumşaq bacarıqları möhkəmləndirmək yolları

23 sentyabr, 14:45

Bağçalara müdir vəzifəsinə işə qəbulun nəticələri AÇIQLANDI

23 sentyabr, 14:25

Laborant vəzifəsinə işə qəbul elan olunur

23 sentyabr, 14:08

78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” – Ordubaddan REPORTAJ

23 sentyabr, 13:04

DİM ictimaiyyət üçün açıq görüşlərə start verir

23 sentyabr, 12:51

Region universitetlərinin kitabxanalarında vəziyyət necədir?

23 sentyabr, 12:49

ADNSU-da mikromobillik vasitələrinin təhlükəsiz istifadəsi sessiyası keçirilib

23 sentyabr, 12:40

Gələcəyin ağıllı təhsilinin inkişafını sürətləndirməliyik - Çin təcrübəsi

23 sentyabr, 12:32

Yataqxanadan başlayan tələbəlik həyatı – REPORTAJ

23 sentyabr, 12:26

Azərbaycan İdman Akademiyasında yenilənən cüdo zalı istifadəyə verilib

23 sentyabr, 11:39

“Əlaçı” oyununun 22-ci mövsümünün seçim turu keçirilib

23 sentyabr, 11:26

Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

23 sentyabr, 11:18

Sektor müdiri: Layihə real həyatda faydalı olmalıdır, gözəl görünməsi kifayət deyil

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.