Bütün xəbərlər
23 sentyabr, 13:04

Dövlət İmtahan Mərkəzi (DİM) fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, DİM sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni bir layihəyə start verir. Belə ki, Dövlət İmtahan Mərkəzində ayda bir dəfə olmaqla Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil ediləcək.

İlk görüş 30 sentyabr saat 15:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və mövzu “Buraxılış və qəbul imtahanlarının məzmunu, imtahan proqramları və qaydaları”na həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək öz suallarını birbaşa Dövlət İmtahan Mərkəzinin rəhbər şəxslərinə verə bilərlər.

Görüşdən sonra şagirdlər və abituriyentlər peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanına malik olacaqlar. Bunun üçün iştirakçılar qeydiyyat linkində müvafiq istəklərini əvvəlcədən seçməlidirlər.

Qeyd edək ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Bu testlərdən sizə uyğun olan peşəni (peşələri) müəyyənləşdirmək üçün faydalana bilərsiniz.

Dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması testləri isə 8, 9, 10 və 11-ci siniflər üzrə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə təqdim olunacaq.

Görüşdə iştirak etmək istəyənlər 23 ­– 28 sentyabr tarixlərində aşağıdakı keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçən ilk 130 nəfərin (50 məktəbli, 50 valideyn və 30 pedaqoji ictimaiyyət nümayəndəsi) tədbirdə iştirakı mümkün olacaq. Məktəbli uşaqları ilə tədbirdə iştirak etmək istəyən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər.

Qeydiyyat linki: https://portal.dim.gov.az/gorush2025/

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini press@dim.gov.az poçtuna da göndərə bilərlər.

Qeyd: Görüş Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Şərhlər

Xəbər lenti

23 sentyabr, 17:14

ADPU-da yeni oxu zalı yaradılıb

23 sentyabr, 17:05

SABAH məzunu Avropanın nüfuzlu universitetlərinin birgə doktorantura proqramına qəbul olub

23 sentyabr, 16:39

TİF və TKTA 103 DP qalibinin IELTS imtahan xərcini qarşılayıb

23 sentyabr, 16:27

Müəllimlərin sertifikasiya müsahibəsinin keçiriləcəyi vaxt açıqlanıb

23 sentyabr, 16:22

Corc Vaşinqton Universitetinin professoru ADNSU tələbələrinə seminar keçib

23 sentyabr, 15:34

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

23 sentyabr, 15:23

Yumşaq bacarıqları möhkəmləndirmək yolları

23 sentyabr, 14:45

Bağçalara müdir vəzifəsinə işə qəbulun nəticələri AÇIQLANDI

23 sentyabr, 14:25

Laborant vəzifəsinə işə qəbul elan olunur

23 sentyabr, 14:08

78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” – Ordubaddan REPORTAJ

23 sentyabr, 12:51

Region universitetlərinin kitabxanalarında vəziyyət necədir?

23 sentyabr, 12:49

ADNSU-da mikromobillik vasitələrinin təhlükəsiz istifadəsi sessiyası keçirilib

23 sentyabr, 12:40

Gələcəyin ağıllı təhsilinin inkişafını sürətləndirməliyik - Çin təcrübəsi

23 sentyabr, 12:32

Yataqxanadan başlayan tələbəlik həyatı – REPORTAJ

23 sentyabr, 12:26

Azərbaycan İdman Akademiyasında yenilənən cüdo zalı istifadəyə verilib

23 sentyabr, 11:39

“Əlaçı” oyununun 22-ci mövsümünün seçim turu keçirilib

23 sentyabr, 11:26

Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

23 sentyabr, 11:18

Sektor müdiri: Layihə real həyatda faydalı olmalıdır, gözəl görünməsi kifayət deyil

23 sentyabr, 11:13

Daha çox bu bölgələrdə çalışan müəllimlər qrant qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.