Bütün xəbərlər
23 sentyabr, 11:18

Uğurlu layihənin sirri bir neçə əsas faktora əsaslanır və bu faktorlar da bir-biri ilə sıx bağlıdır. 

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.

O bildirib ki, birincisi, layihə real problemdən və konkret ehtiyacdan doğmalıdır. Yəni müəllim və ya məktəb hansısa boşluğu görür, şagirdlərin və ya təhsil mühitinin qarşılaşdığı çətinliyi müəyyən edir və bunu həll etmək üçün təkliflə çıxış edir:

“Layihə real həyatda faydalı olmalıdır, sadəcə kağız üzərində gözəl görünməsi kifayət deyil. İkincisi, layihə faydalı və işə yarayan olmalıdır, onun yaradıcı və innovativ olması isə əlavə bir üstünlükdür. Üçüncü mühüm amil aydın vizyon və məqsəddir. Layihə müəllimlər üçün sadəcə bir kağız parçası olmamalıdır, onun niyə həyata keçirildiyi, hansı komanda ilə icra olunacağı, hansı mərhələlərdən keçəcəyi və nə əldə olunacağı tam aydın olmalıdır. Layihənin məzmununu qiymətləndirən ekspertlər layihənin vizionunu və məqsədini dəqiq gördükdə və ya hiss etdikdə, onun uğur qazanma ehtimalı bir neçə dəfə artır. Dördüncü vacib amil isə maliyyə səmərəliliyidir. Layihənin büdcəsi düzgün planlaşdırılmalı, xərclər məqsədəuyğun və əsaslandırılmış olmalıdır. Hər manatın necə istifadə olunacağı, hansı nəticələr üçün sərf ediləcəyi açıq şəkildə göstərilməlidir. Bu, yalnız layihənin dayanıqlığını və reallığını göstərmir, həm də müəllimlərin peşəkarlığını və layihəyə ciddi yanaşmasını nümayiş etdirir. Qısaca desək, uğurlu layihənin sirri real problemə əsaslanmaq, faydalı və yaradıcı olmaq, aydın vizion və icra planına sahib olmaq, büdcəni səmərəli istifadə etmək və təhsil kontekstinə uyğunluğu təmin etməkdir”. 

Şərhlər

Xəbər lenti

23 sentyabr, 17:14

ADPU-da yeni oxu zalı yaradılıb

23 sentyabr, 17:05

SABAH məzunu Avropanın nüfuzlu universitetlərinin birgə doktorantura proqramına qəbul olub

23 sentyabr, 16:39

TİF və TKTA 103 DP qalibinin IELTS imtahan xərcini qarşılayıb

23 sentyabr, 16:27

Müəllimlərin sertifikasiya müsahibəsinin keçiriləcəyi vaxt açıqlanıb

23 sentyabr, 16:22

Corc Vaşinqton Universitetinin professoru ADNSU tələbələrinə seminar keçib

23 sentyabr, 15:34

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

23 sentyabr, 15:23

Yumşaq bacarıqları möhkəmləndirmək yolları

23 sentyabr, 14:45

Bağçalara müdir vəzifəsinə işə qəbulun nəticələri AÇIQLANDI

23 sentyabr, 14:25

Laborant vəzifəsinə işə qəbul elan olunur

23 sentyabr, 14:08

78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” – Ordubaddan REPORTAJ

23 sentyabr, 13:04

DİM ictimaiyyət üçün açıq görüşlərə start verir

23 sentyabr, 12:51

Region universitetlərinin kitabxanalarında vəziyyət necədir?

23 sentyabr, 12:49

ADNSU-da mikromobillik vasitələrinin təhlükəsiz istifadəsi sessiyası keçirilib

23 sentyabr, 12:40

Gələcəyin ağıllı təhsilinin inkişafını sürətləndirməliyik - Çin təcrübəsi

23 sentyabr, 12:32

Yataqxanadan başlayan tələbəlik həyatı – REPORTAJ

23 sentyabr, 12:26

Azərbaycan İdman Akademiyasında yenilənən cüdo zalı istifadəyə verilib

23 sentyabr, 11:39

“Əlaçı” oyununun 22-ci mövsümünün seçim turu keçirilib

23 sentyabr, 11:26

Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

23 sentyabr, 11:13

Daha çox bu bölgələrdə çalışan müəllimlər qrant qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.