
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində fəaliyyət göstərən kitabxana rektor Cəfər Cəfərovun təşəbbüsü ilə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib. Tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənovanın bildirdiyinə görə, kitabxanada müxtəlif xarici dillərdə nəşrlər yer alıb. Kitablar əsasən elmi ədəbiyyət, ixtisas, bədii ədəbiyyat və tədrisə uyğun digər nəşrlərdən ibarətdir.
Zinharə Həsənova gələcəkdə oxu zalında kitab təqdimatlarının, müəlliflərlə görüşlərin və sərgilərin təşkil ediləcəyini bildirib.
İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova və fakültə əməkdaşları yenidən bərpa olunan kitabxana ilə tanış olublar.
Dekan bildirib ki, kitabxana fakültənin elmi və tədris fəaliyyətində mühüm rol oynayır və tələbələr üçün bilik məkanı olmaqla yanaşı, onların intellektual inkişafına da töhfə verəcəkdir.
Universitet rəhbərliyinin iştirakı ilə yaxın günlərdə kitabxananın açılışı olacaq.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər