
SABAH qrupları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Memarlıq” ixtisasının 2017-ci il məzunu Sona Məmmədzadə “Davamlılıq üçün enerji” (Energy for Sustainability) təşəbbüsü çərçivəsində Portuqaliyada Koimbra Universiteti, Lisbon Universiteti və Porto Universitetinin “Joint PhD” programı olan Davamlı Enerji Sistemləri doktorantura proqramına qəbul olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, paralel olaraq, Koimbra Universitetinin Mexanika mühəndisliyi fakültəsində elmi əməkdaş olaraq çalışır.
Qeyd edək ki, magistratura səviyyəsi üzrə 2022-ci ildə BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olan “Davamlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuş EC2U (European Campus of City-Universities) “Joint Master’s” proqramı çərçivəsində hər semestr fərqli bir universitetdə təhsil alıb: Portuqaliyada Koimbra Universiteti, Finlandiyada Turku Universiteti, Fransada Poitiers Universiteti və İtaliyada Pavia Universiteti. 2024-cü ildə magistratura təhsilini fərqlənmə ilə başa vuraraq Fransa və Finlandiyadan iki diplom əldə edib, həmçinin Poitiers Universitetinin “2024 Master Medal” mükafatına layiq görülüb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər