Bütün xəbərlər
23 sentyabr, 12:51

Azərbaycan universitetlərinin kitabxanaları uzun illərdir ki, gənclərin elmi-pedaqoji inkişafında əsas mərkəzlərdən biri kimi fəaliyyət göstərir. Lakin müasir dövrdə yalnız zəngin fonda sahib olmaq kifayət deyil, kitabxanalar həm də rəqəmsallaşma, beynəlxalq bazalara çıxış və tələbələrin asudə vaxtlarının səmərəli təşkili ilə seçilməlidir. Bu baxımdan Gəncə şəhərinin iki aparıcı ali təhsil müəssisəsi – Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Gəncə Dövlət Universiteti (GDU) kitabxanalarının təcrübəsi diqqət çəkir.

“Azərbaycan müəllimi” region universitetlərindən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Gəncə Dövlət Universitetinin (GDU) kitabxana bazalarını araşdırıb. 

Kitabxanalar rəqabətdədir, amma hədəf eynidir

ADAU-nun nəzdində fəaliyyət göstərən Əsaslı kitabxana hazırda 663 minədək nüsxəlik fonda malikdir. Bunun 441 mindən çoxunu kitablar təşkil edir. Kitabxananın direktoru Kamil Məmişovun sözlərinə görə, istər universitetin kafedralarından, istərsə də digər təşkilatlarla əməkdaşlıq nəticəsində hər ay fonda təxminən 1000 yeni kitab daxil olur.

“ADAU Əsaslı kitabxanası elektron bazaya digital.az platforması vasitəsilə həyata keçirilir. Kitablar pdf formaya salınaraq bazaya yüklənilir. 2024-cü ilin fevralından etibarən ümumilikdə 21 minə yaxın kitabın elektron versiyası bazaya yüklənib. Beynəlxalq elmi bazalara hələ ki çıxış mövcud deyil”, - deyə K.Məmişov bildirir.

GDU Kitabxana və İnformasiya Mərkəzi isə 362 mindən çox nüsxədən ibarət zəngin fonda sahibdir. Burada ən dəyərli hissə nadir əlyazmalardan, 18-ci əsrdən qorunan ədəbiyyatlardan və qiymətli nəşrlərdən ibarət “Qızıl fond” adlanan bölmədir. Bu fond GDU kitabxanasını bölgədə xüsusi mövqeyə çıxarır. Eyni zamanda fond müasir dərsliklər, elmi  nəşrlər və bədii ədəbiyyatlarla mütəmadi şəkildə zənginləşdirilir. 

GDU-nun Kitabxana və İnformasiya Mərkəzinin müdiri Ayşən Əhmədova müasir kitabxanaların əsas göstəricilərindən birinin elektron baza olduğunu deyir: “GDU 4000-dən çox dərsliyi elektron formatda təqdim edir. Son illərdə bir sıra dərslik və elmi ədəbiyyat rəqəmsallaşdırılıb, gələcəkdə isə elektron fondun daha da zənginləşdirilməsi planlaşdırılır”.

Hər iki universitet beynəlxalq elmi bazalara çıxışı prioritet sayır, amma bu istiqamətdə proseslər hələ ilkin mərhələdədir.

Texniki baza və oxu zalları

ADAU kitabxanası texniki təminat baxımından bölgədə ən güclülərdən sayılır. Əsas binada eyni anda 160 tələbə kompüterdən istifadə edə bilir, fakültə şöbələrində isə orta hesabla 25 kompüter fəaliyyət göstərir. Kitabxananın direktoru  deyir ki, əsaslı kitabxana daxil olmaqla 8 şöbədə oxu zalları mövcuddur: “Oxu zalları həftəiçi 09:00–18:00 açıqdır, yataqxana filiallarında isə 22:00-a qədər xidmət göstərilir. Bu, Gəncə universitetləri arasında ilk gecə növbəsi təcrübəsidir,2024-cü ildə 564 nəfər bu imkandan  yararlanıb”.

GDU-da isə tələbə evində hər mərtəbədə 7/24 açıq oxu zalları var. Tədris binalarındakı filial kitabxanaları da imtahan sessiyalarında fasiləsiz fəaliyyət göstərir. Bu, xüsusilə tələbələrin imtahan hazırlığını asanlaşdırır.

“Kitabxanalar yeni avadanlıqlarla, sürətli internetlə, eləcə də müasir noutbuklarla təmin olunub. Maddi-texniki bazamız tam şəkildə tələbələrin ehtiyaclarını ödəyir və onlara rahat oxu, tədqiqat və elektron resuslardan istifadə imkanı yaradır”, – deyən A. Əhmədova  vurğulayır ki, xüsusilə imtahan sessiyası ərzində kitabxana fasiləsiz işləyir və tələbələrin hazırlığı üçün bütün şərait yaradılır. Həmçinin o qeyd edir ki, son illərdə bir sıra dərslik və elmi ədəbiyyat rəqəmsallaşdırılıb və elektron bazaya əlavə olunub. Gələcəkdə daha çox kitabın elektron versiyasının yaradılması və elektron kitabxananın zənginləşdirilməsi planlaşdırılır.

ADAU-da bakalavrlar əsasən dərs hazırlığı, magistrlər elmi işlərdə, kitab klubunun üzvləri isə mütaliə üçün kitabxanaya üz tutur.
GDU tələbələri isə imtahan sessiyalarında daha çox istifadə etsələr də, tətil dövrlərində bədii ədəbiyyata maraq artır.
Müəllimlər isə hər iki universitetdə əsasən elmi jurnallara, monoqrafiyalara və dövri mətbuata üstünlük verirlər.

Əməkdaşlıq və müasir təşəbbüslər

ADAU kitabxanası ADA və UNEC kitabxanaları ilə elektron baza mübadiləsi aparır. Bundan başqa, respublikanın 67 akademik kitabxanası ilə əlaqə saxlayır, regional əməkdaşlıqları genişləndirir. 2025-ci ildə keçirilən “Müasir kitabxana. Universitet kitabxanalarının yeni missiyası 5.0” forumu isə bu sahədə ən böyük təşəbbüslərdən biri olub.

GDU da ADAU ilə əməkdaşlıq edir. Bundan əlavə, kitab müzakirələri, yazıçılarla görüşlər, oxu günləri kimi tədbirlər təşkil olunur.

1 /4

Şərhlər

Xəbər lenti

23 sentyabr, 17:14

ADPU-da yeni oxu zalı yaradılıb

23 sentyabr, 17:05

SABAH məzunu Avropanın nüfuzlu universitetlərinin birgə doktorantura proqramına qəbul olub

23 sentyabr, 16:39

TİF və TKTA 103 DP qalibinin IELTS imtahan xərcini qarşılayıb

23 sentyabr, 16:27

Müəllimlərin sertifikasiya müsahibəsinin keçiriləcəyi vaxt açıqlanıb

23 sentyabr, 16:22

Corc Vaşinqton Universitetinin professoru ADNSU tələbələrinə seminar keçib

23 sentyabr, 15:34

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

23 sentyabr, 15:23

Yumşaq bacarıqları möhkəmləndirmək yolları

23 sentyabr, 14:45

Bağçalara müdir vəzifəsinə işə qəbulun nəticələri AÇIQLANDI

23 sentyabr, 14:25

Laborant vəzifəsinə işə qəbul elan olunur

23 sentyabr, 14:08

78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” – Ordubaddan REPORTAJ

23 sentyabr, 13:04

DİM ictimaiyyət üçün açıq görüşlərə start verir

23 sentyabr, 12:49

ADNSU-da mikromobillik vasitələrinin təhlükəsiz istifadəsi sessiyası keçirilib

23 sentyabr, 12:40

Gələcəyin ağıllı təhsilinin inkişafını sürətləndirməliyik - Çin təcrübəsi

23 sentyabr, 12:32

Yataqxanadan başlayan tələbəlik həyatı – REPORTAJ

23 sentyabr, 12:26

Azərbaycan İdman Akademiyasında yenilənən cüdo zalı istifadəyə verilib

23 sentyabr, 11:39

“Əlaçı” oyununun 22-ci mövsümünün seçim turu keçirilib

23 sentyabr, 11:26

Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

23 sentyabr, 11:18

Sektor müdiri: Layihə real həyatda faydalı olmalıdır, gözəl görünməsi kifayət deyil

23 sentyabr, 11:13

Daha çox bu bölgələrdə çalışan müəllimlər qrant qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.