
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə keçmək istəyən namizədlər üçün qeydiyyat mərhələsi başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, qeyd edilən vəzifə üzrə namizədlər 26 sentyabr 2025-ci il saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.
Namizədlərin orta ixtisas təhsili olduğu halda 5 ildən az olmayaraq, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsili olduğu halda isə 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı olmalıdır.
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər