Bütün xəbərlər
25 aprel, 09:51

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlıq çərçivəsində “Ədəbi əlaqələr - yaradıcılıq prosesinin güzgüsü” adlı antologiyanın təqdimatı keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə ADPU-dan bildirilib. Qeyd edilib ki, antologiya cari ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universiteti, universitetdə fəaliyyət göstərən Türkoloji Mərkəz və Cizzax Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı əsasında hazırlanaraq çap olunub. Azərbaycan və türk dillərində hazırlanmış antologiyaya Özbəkistan və Azərbaycandan filologiya, pedaqogika sahələrində çalışan yüksəkixtisaslı alimlərin qısa avtobioqrafiyaları, elmi məqalələri daxil edilib. Kitabın “Ön söz”ü Cizzax Dövlət Pedaqoji Universitetinin rektoru professor Şövkət Şərifova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya aiddir.

Filologiya və pedaqogika mütəxəssisləri üçün unikal hədiyyə olan və tərkibində 88 elmi məqalə yer alan bu antologiya tədqiqat aparan dilçilər, ədəbiyyatşünaslar və gənc tədqiqatçılar üçün nəzərdə tutulub. Azərbaycan və Özbəkistan arasındakı dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin gücləndirməyə xidmət edən, elmi-praktik çalışmalardan biri olan antologiya bütün Türk dünyasının oxucuları üçün faydalı mənbədir.

Təqdimat mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, professorlar Mahirə Hüseynova, Asəf Zamanov və Fikrət Rzayev, Filologiya fakültəsinin dekanı Könül Həsənova, universitetin professor-müəllim heyəti, eləcə də Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universiteti, Fərqanə Dövlət Universiteti, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti, Andijan Dövlət Pedaqoji Universiteti, Alfraganus Universiteti və Kazan (Volqa) Federal Universitetindən olan professor-müəllim heyəti iştirak edib.

1 /6

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.