Bütün xəbərlər
8 aprel, 18:38

Aprelin 8-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında I Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti konfransı keçirilib.
 
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, açılış nitqi ilə çıxış edərək öncə professor-müəllim heyətini salamlayan fakültənin dekanı dosent Elşad Novruzov tələbələrin gələcəkdə alim kimi yetişməsində Tələbə Elmi Cəmiyyətinin rolunu xüsusi vurğulayıb. O, elmi məruzələrin təqdimatı üçün rəqabət mühitinin yaradıldığını və universitetin rektoru professor Gəray Gəraybəylinin TEC-in fəaliyyətini daim diqqətdə saxlaması sayəsində bu sahəyə maraq göstərən tələbələrin sayının ildən-ilə artdığını bildirib. Terapevtik paneldə 25, cərrahi paneldə 32, təməl elmlər panelində isə 14 məruzə olmaqla, ümumilikdə 71 məruzənin dinləniləcəyini xatırladan fakültənin dekanı, fakültə üzrə qiymətləndirmədə aparılan islahatların əhəmiyyətindən də danışıb. Həmçinin maraqlı tədqiqat işlərinin ərsəyə gəlməsində elmi rəhbərlərin əməyini yüksək qiymətləndirərək, onların etimadını doğruldacaqlarına əmin olduğu tədqiqatçı tələbələrə uğurlar arzulayıb.    

TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov həm tələbələri, həm də müəllimləri Tələbə Elmi Cəmiyyəti Şurası adından salamlayaraq bu cür konfransların ənənəvi olaraq hər il keçirildiyini, ən bacarıqlı, ən layiqli tələbələrin bu prosesə cəlb edildiyini və seçilən tədqiqat işlərinin nüfuzlu elmi jurnallarda dərc olunduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, son illərdə təhsilimizdə, elmimizdə qazanılan nəticələrə nəzər saldıqda, həqiqətən də, böyük bir inkişafın şahidi oluruq: “Bu inkişafın başlanğıcı və ünvanı, ilk növbədə, Ulu Öndərin adı ilə bağlıdır. Elmi fəaliyyət istiqamətində görülən işlər bu gün Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bizim də əsas məqsədimiz bu qayğıya cavab olaraq istedadlı, bacarıqlı, intellektual səviyyəsi yüksək olan tələbələri aşkar etməkdir. Fakültə Tələbə Elmi Cəmiyyətində iştirakçı sayının çox olması da bir göstəricidir. Tələbələrimizin beynəlxalq konfranslarda da uğur qazanması sevindirici haldır. Bu baxımdan I Müalicə-profilaktika fakültəsinin tələbələrinin Səmərqənddə keçirilən beynəlxalq olimpiadanın qalibi olması yüksək nəticədir və bu münasibətlə Fakültə Tələbə Elmi Cəmiyyətinin rəhbərliyini ürəkdən təbrik edirəm”.

Elmi-tədqiqat işləri ilə bağlı əsas hədəflərə də toxunan TEC-in elmi rəhbəri gələcəkdə daha böyük uğurlara imza atacaqlarına əminliyini deyib və bunu hörmətli rektorun tədqiqatçı tələbələri daim diqqətdə saxlaması, elmi araşdırmalar üçün universitetimizdə əlverişli şəraitin yaradılması ilə əlaqələndirib.

6-8 may 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Tibb Universitetinin 95 illik yubileyinə həsr olunmuş Tibb Festivalının keçiriləcəyi haqqında da tədbir iştirakçılarına məlumat verən M.Həsənov hər fakültədən seçilmiş ən yaxşı məruzələrin həmin festivala təqdim ediləcəyini söyləyib.

ATU-nun Tədris Terapevtik Klinikasının direktoru professor Vəsadət Əzizov da konfransda çıxış edərək, öz təəssüratlarını bölüşüb. Uzun illər Tələbə Elmi Cəmiyyətində fəaliyyət göstərdiyini xatırladan professor bügünkü konfransa bu qədər maraq göstərilməsindən məmnunluğunu dilə gətirib və təşkilati işi yüksək qiymətləndirib. Bildirib ki, elmi-tədqiqat işinin formalaşdırılması əslində insanın özünü formalaşdırır, nitq qabiliyyətini inkişaf etdirir və fikrini qısa müddətdə tam ifadə etmək imkanı yaradır. Eyni zamanda hər bir tələbənin tədqiqat işinin məqsədinə, məramına uyğun nəticələr əldə etməsinə zəmin hazırlayır.

Bundan sonra konfrans öz işini terapevtik paneldə davam etdirib.

1 /16

Şərhlər

Xəbər lenti

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” –Bakı məktəblisi

17 aprel, 16:59

“Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır” -  Ən yüksək bal toplayan məktəbli

17 aprel, 16:52

300 bal toplayan şagird: Ən böyük arzum cərrah olmaqdır

17 aprel, 16:50

“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 aprel, 16:19

Məqsədim həkim kimi ölkəmə xidmət etməkdir  – Region birincisi

17 aprel, 16:00

Qərbi Azərbaycan məktəbləri: Bala Məzrə məktəbinin təhsil tarixi – ARAŞDIRMA

17 aprel, 15:46

Beş paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

17 aprel, 15:45

“Uşaqların tələbi həyatın tələbidir” – QƏZETİN ARXİVİNDƏN

17 aprel, 15:40

ADA Universiteti “Sərhədsiz riyaziyyatçılar” üçün qeydiyyata başlayıb

17 aprel, 15:30

Azərbaycan Tibb Universiteti tədris planlarını yeniləyəcək

17 aprel, 15:25

Azərbaycanda tanınmış İT proqramları üzrə tədrisə başlanılıb

17 aprel, 14:33

Buraxılış imtahanı ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

17 aprel, 14:30

11 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

17 aprel, 14:28

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandıSİYAHI 

17 aprel, 14:22

Növbəti buraxılış imtahanının nəticələri AÇIQLANDI

17 aprel, 13:23

Gənc rəssamların sərgisi - Mövzu Qarabağ olub 

17 aprel, 13:15

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təlimlər keçirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.