Bütün xəbərlər
test
14 yanvar, 16:30

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru Fərhad Quliyev, Yaponiyanın Sapporo Tibb Universitetinin Tibb Elmləri Məktəbinin professoru Hirofumi Matsumura, Türkiyənin Hacettepe Universitetinin Antropologiya bölümünün rəhbəri, Hacettepe skelet biologiyası laboratoriyasının Hacettepe molekulyar antropologiya laboratoriyasının qurucusu Yılmaz Selim Erdalla görüşüb.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşdə BDU ilə birgə müştərək laboratoriyanın, müvafiq struktur bölmənin yaradılması, onların arxeologiya sahəsi üzrə geniş tədqiqatlara imkan verən maddi-texniki cihaz və avadanlıqlarla təmin edilməsi, tələbələrin çöl ekspedisiyalarının genişləndirilməsi, Qarabağda arxeoloji tədqiqatlarda birgə iştirak kimi məsələlər müzakirə olunub.

Görüşdə qeyd olunub ki, BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizi istiqamətində işlərə başlanılması planlaşdırılır. Bu təşəbbüs qədim insanların genetik irsinin, miqrasiyalarının və həyat tərzinin öyrənilməsi ilə yanaşı, Azərbaycanın zəngin tarixi və mədəni irsinin daha dərindən araşdırılmasına töhfə verəcək.

BDU-da qurulacaq müasir laboratoriya və mövcud elmi potensial bu sahədə beynəlxalq standartlara uyğun tədqiqatların aparılmasına imkan yaradacaq. Xüsusi metodologiyalar əsasında sümük və diş nümunələrindən DNT çıxarılması, mitoxondrial DNT və tam genom analizləri həyata keçiriləcək. Bu tədqiqatlar qədim miqrasiyalar, genetik xəstəliklər və mədəni əlaqələr barədə yeni elmi məlumatlar əldə etməyə şərait yaradacaq.

BDU bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməyi və tədqiqat nəticələrini qlobal elmi ictimaiyyətlə paylaşmağı hədəfləyir.

1 /2

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/f1dc3e85-9184-48c1-9bc4-11c0b8a1fd1e_1%20(4).jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20January%202025/8343f339-a7f0-4080-af8a-3dbfe23e7fc3_2%20(1).jpg

Xəbər lenti

14 yanvar, 19:09

Fəlakət bölgələrində təhsil: "Education Cannot Wait" nədir?

14 yanvar, 17:45

Los-Anceles yanğınları: iqlim dəyişiklikləri yanğın mövsümünü uzadıb

14 yanvar, 17:34

Bu il 20-30 nəfərə “Neuralink”in beyin implantı yerləşdiriləcək

14 yanvar, 17:22

Göygöldə məktəblilər arasında mübahisə olub

14 yanvar, 17:20

Uşaqlarınızın yaddaşını bu üsullarla gücləndirə bilərsiniz! 

14 yanvar, 17:12

Afantaziya: Görmədən düşünmək və xatırlamaq

14 yanvar, 16:42

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

14 yanvar, 16:12

“Uşağa bir şəxsiyyət kimi yanaşmaq lazımdır” – Psixoloq rəyi

14 yanvar, 16:05

Uçan maşınlar reallığa çevrilə bilər?

14 yanvar, 15:36

Regionlarda işləyən müəllimlər ipotekadan necə yararlana bilərlər?

14 yanvar, 15:31

TİF ilə Azərbaycan Milli Konservatoriyası arasında görüş keçirilib

14 yanvar, 15:18

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

14 yanvar, 15:16

Bu günədək ipoteka krediti alan müəllimlərin sayı açıqlanıb – RƏSMİ

14 yanvar, 15:05

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri interaktiv metodlarla keçirilir 

14 yanvar, 15:04

“Qaydaları başa düşmədim”

14 yanvar, 15:04

Xaricdə yaşayan azərbaycanlı alim: “Beyin köçü”nü “beyin gücü”nə çevirə bilərik

14 yanvar, 15:00

Ağstafada “Konstitusiya və Suverenlik ili” ilə bağlı intellektual yarış keçirilib

14 yanvar, 14:52

İkinci ali təhsil: Yeni diplom, ya daha geniş karyera perspektivləri?

14 yanvar, 14:19

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti AHİK-də rəsmi görüşlər keçirib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.