"31 dekabr 2024-cü il tarixinədək İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müxtəlif sahələrdə çalışan ümumilikdə 2660 müəllimə 144,3 mln. manat həcmində ipoteka krediti verilib".
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Qeyd edilib ki, kreditlərin 948,8 mln. manatı güzəştli ipoteka kreditlərinin payına düşüb.
Müəllimlərin 96,4%-ni dövlət sektorunda çalışanlar təşkil edir. 997 müəllimə 57,5 mln. manat həcmində adi, 1663 müəllimə isə 86,8 mln. manat həcmində güzəştli ipoteka krediti verilib.
Ümumilikdə, 2006-cı ildən bugünədək İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,3 mlrd. manatı keçib və 52,5 mindən çox ailə ipoteka krediti hesabına mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)