Bu il “Neuralink”in beyin implantının 20-30 nəfərə yerləşdirilməsi planlaşdırılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, amerikalı sahibkar, milyarder və şirkətin qurucusu İlon Mask bu barədə X sosial şəbəkəsində yayımlanan “Stagwell” marketinq şirkətinin direktoru Mark Penn ilə müsahibəsində bildirib.
O qeyd edib ki, “Neuralink” şirkətinin beyin çipi bu günə qədər 3 xəstəyə implantasiya edilib.
Məlumat üçün bildirək ki, 2024-cü ildə “Neuralink”in iflic olan insanlara robot qolu idarə etməyə imkan verəcək texnologiyanı sınaqdan keçirməyə başladığı xəbəri yayılmışdı. Şirkət bunu fiziki azadlığın bərpası istiqamətində ilk addım adlandırıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)