Bütün xəbərlər
test
14 yanvar, 15:36

Hazırda müəllimlər də daxil olmaqla ipoteka kreditindən faydalanan güzəştli kateqoriyaların sayı 19-a çatıb.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Qeyd edilib ki, hazırda güzəştli kateqoriyaya aid olan müəllimlər aşağıdakı tələblərə cavab verməlidir:

- Dövlət ümumtəhsil müəssisəsində ən azı 3 il müddətində müəllim işləməlidir və eyni zamanda  gənc ailənin üzvü olmalıdır;
- Dövlət ümumtəhsil müəssisəsində ən azı 15 il müəllim işləməlidir. Bu kateqoriya üzrə isə gənc ailənin üzvü olmaq tələbi yoxdur.

Bildirilib ki, Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin 22%-i regionların payına düşür:

Kateqoriyadan asılı olmayaraq ipoteka kreditlərinə əlçatanlığın artırılması məqsədilə borcalanların ödəniş qabiliyyətinin qiymətləndirilməsi zamanı paytaxt və regionlar arasında gəlir səviyyəsi və yaşayış xərcləri üzrə fərqlər də nəzərə alınır. Müraciət edən şəxslərin ailə üzvlərinin saxlanması xərclərinin hesablanması zamanı regionlarda paytaxtla müqayisədə daha aşağı əmsallar  tətbiq olunur.

Belə ki, kreditlərin təhlili zamanı ailə üzvlərinin saxlanması xərcləri üzrə minimal tələb Bakı, Sumqayıt və Xırdalan şəhərləri, o cümlədən Abşeron rayonununda ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğinin 50 faizi həcmində, regionlarda isə 25 faizi həcmində nəzərə alınır.

Qeyd edək ki, 2025-ci il üzrə isə bu göstərici 285 manat məbləğində müəyyən olunub.

Xəbər lenti

14 yanvar, 19:09

Fəlakət bölgələrində təhsil: "Education Cannot Wait" nədir?

14 yanvar, 17:45

Los-Anceles yanğınları: iqlim dəyişiklikləri yanğın mövsümünü uzadıb

14 yanvar, 17:34

Bu il 20-30 nəfərə “Neuralink”in beyin implantı yerləşdiriləcək

14 yanvar, 17:22

Göygöldə məktəblilər arasında mübahisə olub

14 yanvar, 17:20

Uşaqlarınızın yaddaşını bu üsullarla gücləndirə bilərsiniz! 

14 yanvar, 17:12

Afantaziya: Görmədən düşünmək və xatırlamaq

14 yanvar, 16:42

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

14 yanvar, 16:30

BDU-da sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

14 yanvar, 16:12

“Uşağa bir şəxsiyyət kimi yanaşmaq lazımdır” – Psixoloq rəyi

14 yanvar, 16:05

Uçan maşınlar reallığa çevrilə bilər?

14 yanvar, 15:31

TİF ilə Azərbaycan Milli Konservatoriyası arasında görüş keçirilib

14 yanvar, 15:18

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

14 yanvar, 15:16

Bu günədək ipoteka krediti alan müəllimlərin sayı açıqlanıb – RƏSMİ

14 yanvar, 15:05

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri interaktiv metodlarla keçirilir 

14 yanvar, 15:04

“Qaydaları başa düşmədim”

14 yanvar, 15:04

Xaricdə yaşayan azərbaycanlı alim: “Beyin köçü”nü “beyin gücü”nə çevirə bilərik

14 yanvar, 15:00

Ağstafada “Konstitusiya və Suverenlik ili” ilə bağlı intellektual yarış keçirilib

14 yanvar, 14:52

İkinci ali təhsil: Yeni diplom, ya daha geniş karyera perspektivləri?

14 yanvar, 14:19

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti AHİK-də rəsmi görüşlər keçirib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.