Bütün xəbərlər
test
14 yanvar, 16:12

“Son zamanlar məktəblərdə şagirdlər arasında bir sıra xoşagəlməz insidentlər baş verir. Xüsusilə bu tip hallar 10-11-ci sinif şagirdləri arasında olur. Biz hər zaman müəyyən situasiyalarda günahkar axtarırıq. Çox vaxt bu kimi vəziyyətlərdə ya məktəbi, ya da valideyni günahlandırırıq. Burada uşağın özünün məsuliyyət məsələsi kənarda qalır. Müasir dövrdə psixologiyada da yanaşma belədir ki, biz stresdən, müəyyən emosiyalardan qaça bilmərik. Sadəcə olaraq, həmin vəziyyətləri idarə etməyi öyrənə bilərik”.

Bunu “Azərbaycan müəllimi”nə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dosenti Lalə Cabbarova deyib. O bildirib ki, məktəbdə şagirdlər arasında hansısa bir insident baş veribsə, uşağa bir şəxsiyyət kimi yanaşmaq lazımdır: “Lakin cəmiyyət olaraq, şagirdlər tərəfindən törədilən hər bir işdə 2 tərəf - müəllim və valideyn günahlandırılır. Şagirdlər bir-birinə qarşı neqativ münasibətlərini məktəbdə ortaya çıxarırlar. Evdə valideynlərin uşaqlara emosional yanaşmasını təmin etmək, empatik münasibətlər qurması üçün psixoloji maarifləndirmə işinin aparılması çox vacibdir. Elə bir şəxsiyyət formalaşdırmalıyıq ki, o öz davranışına məsuliyyətlə yanaşsın. Təbii ki, valideynlərin və məktəblərin ən əsas vəzifəsi kiçik yaşlardan uşağın özünə onu idarə edəcək varlıq kimi yox, bir şəxsiyyət kimi özünün düşüncəsi, hərəkətləri, davranışlarına nəzarət edə bilən bir insan kimi yanaşsınlar. Bu baxış bucağından baxaraq uşaqların tərbiyələnməsi çox önəmlidir”.

Valideynlər uşaqlarının məktəb mühiti haqqında məlumatlı olmalıdır

Onun sözlərinə görə, əvvəllər valideynlərin hər ikisi iş şəraitinə cəlb olunmamışdırsa, indi əksər ailələrdə valideynlərin hər ikisi işləyir. Onlar həyatının müəyyən hissəsini iş şəraitində, qalan hissəsini ailə qayğıları, texnologiyalardan istifadə ilə keçirirlər. Valideynlər uşaqlarının məktəb mühiti haqqında məlumatlı olmalıdır: “Valideynlər müəllimlərlə məktəblərdə təşkil olunan valideyn iclasları, sosial şəbəkələr vasitəsilə kontaktda olurlar. Müəllim özlüyündə təhsil sistemində dərslərə cəlb olunub. Onun valideynlə təmasında vaxt məhdudiyyəti yaranır. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, müasir dövrdə real olaraq müəllim-valideyn münasibətlərində sıx bir əməkdaşlığın olduğunu görmürəm. Bu, sadəcə istəməklə olmur. Bu məsələlərdə psixoloqların da rolu artırılmalıdır. Burada məktəb psixoloqlarının rolu təkcə uşaqların psixoloji vəziyyətinin təyini, məktəblilərlə hansısa işlərin aparılması deyil, eyni zamanda həm müəllim, həm də valideynlərlə birbaşa işlər görülməlidir. Təkcə məktəb psixoloqu deyil, pedaqoqların da cəlb olunması və yaxud da müvafiq sahə üzrə ehtiyac varsa psixiatrik, tibbi sahədə bilikləri olan ekspertlərin də cəlb olunması, mütəmadi olaraq həmin məktəblərdə müəyyən təlimlərin keçirilməsi çox vacibdir. Bu təlimlər həm müəllimlərə, həm valideynlərə fayda verə bilər. 

Hazırda müxtəlif təşkilatlar - özəl, dövlət strukturları öz işçiləri üçün mütəmadi olaraq onların şəxsi inkişafı, stresin idarə edilməsi, emosional intellekt, konfliktlərin idarə olunması ilə bağlı təlimlər keçirirlər. Hesab edirəm ki, bu təlimlər valideynlər, müəllimlər və ən əsası isə şagirdlər, xüsusilə yuxarı sinif şagirdləri üçün keçirilsin. 

Ümumiyyətlə, təhsilə, oxuya, biliyə valideynin özünün münasibəti uyğun şəkildə deyilsə, şagird necə repetitor yanına getsə belə, heç bir fayda olmayacaq. Dəyər, inam məsələsi çox önəmlidir. Əgər təhsil sistemində inam yoxdursa, valideyn uşağını boşuna məktəbə göndərirsə, uşağın müəllimə olan münasibətini artıq təsəvvür etmək olar. Ən vacib məsələ müəllimin nüfuzunu yüksəltməkdir. Müəllimə olan etimadı biz qaldırmalıyıq ki, cəmiyyətdə ona qarşı güvən hissi yaransın”.

Müəllim-valideyn münasibətləri qarşılıqlı etimada əsaslanmalıdır

L.Cabbarova hazırda müəllim və valideyn arasında əməkdaşlıq məsələlərinin çox vacib məqam olduğunu, təhsil sistemində buna çox fokuslanıldığını, bunun daha çox qarşılıqlı etimad və inama əsaslanmalı olduğunu qeyd edib. 

Qarşılıqlı ünsiyyət şəraitində uşaqlar haqqında qərarlarda hər iki tərəfin birgə iştirakının çox vacib məsələ olduğunu dilə gətirən Lalə Cabbarova əlavə edib: “Əvvəllər biz pedaqogikada, psixologiyada uşağın sosiallaşmasına təsir edən amillərin ev, məktəb olduğunu deyirdik. Hazırda uşağın ailədə ilk dəyərləri, davranışı formalaşır. Uşaqlar artıq bir yaşından telefonların, planşetlərin, televizorun qarşısındadırlar. Yeni nəsil tamamilə fərqli bir mühitdə böyüyür. Müasir dövrdə hər şey rəqəmsallaşıb, nəticə olaraq şagirdlər gününün müəyyən müddətini texnologiyalarla keçirir. Ən nəzarətsiz qalan tərəf də elə budur. Məktəbi bununla qınamaq düzgün deyil.

Son zamanlar məktəblərdə şagirdlərin telefonla təması məhdudlaşdırılır. Bu, çox vacib və düzgün qərardır. Bu məsələyə ailələrdə də ciddi nəzarət olunmalıdır. Valideynlər həqiqətən məsuliyyət daşıyır ki, uşağın sosial ətrafına nəzarət etsin və onun inkişafını, davranışlarını izləsin. Valideynlərin məktəbə cəlb olunması, onlara psixoloqlar, pedaqoqların iştirakı ilə seminarların, təlimlərin keçirilməsi çox vacibdir. Belə olduqda valideynlər uşaqları da düzgün anlaya bilərlər”. 

Xəbər lenti

14 yanvar, 19:09

Fəlakət bölgələrində təhsil: "Education Cannot Wait" nədir?

14 yanvar, 17:45

Los-Anceles yanğınları: iqlim dəyişiklikləri yanğın mövsümünü uzadıb

14 yanvar, 17:34

Bu il 20-30 nəfərə “Neuralink”in beyin implantı yerləşdiriləcək

14 yanvar, 17:22

Göygöldə məktəblilər arasında mübahisə olub

14 yanvar, 17:20

Uşaqlarınızın yaddaşını bu üsullarla gücləndirə bilərsiniz! 

14 yanvar, 17:12

Afantaziya: Görmədən düşünmək və xatırlamaq

14 yanvar, 16:42

“Məktəbəqədər təhsildə liderlik” proqramı üzrə yekun qiymətləndirmə keçirilib

14 yanvar, 16:30

BDU-da sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

14 yanvar, 16:05

Uçan maşınlar reallığa çevrilə bilər?

14 yanvar, 15:36

Regionlarda işləyən müəllimlər ipotekadan necə yararlana bilərlər?

14 yanvar, 15:31

TİF ilə Azərbaycan Milli Konservatoriyası arasında görüş keçirilib

14 yanvar, 15:18

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

14 yanvar, 15:16

Bu günədək ipoteka krediti alan müəllimlərin sayı açıqlanıb – RƏSMİ

14 yanvar, 15:05

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri interaktiv metodlarla keçirilir 

14 yanvar, 15:04

“Qaydaları başa düşmədim”

14 yanvar, 15:04

Xaricdə yaşayan azərbaycanlı alim: “Beyin köçü”nü “beyin gücü”nə çevirə bilərik

14 yanvar, 15:00

Ağstafada “Konstitusiya və Suverenlik ili” ilə bağlı intellektual yarış keçirilib

14 yanvar, 14:52

İkinci ali təhsil: Yeni diplom, ya daha geniş karyera perspektivləri?

14 yanvar, 14:19

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti AHİK-də rəsmi görüşlər keçirib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.