Bütün xəbərlər
24 aprel, 11:55

Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenlik və Konstitusiya hüquqları” mövzusunda dəyirmi masa təşkil edilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Rektor Anar Nağıyev  açılış nitqində Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir çox tədbirlər keçirildiyini bildirib. Rektor ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, 1995-ci ildən bu günə qədər əldə olunan nailiyyətlərin əsasında milli dövlətçiliyin, onun hüquqi bazasının dayandığını qeyd edib və nəticədə suveren Azərbaycanın formalaşdığını vurğulayıb.

Rektor qeyd edib ki, BSU “Konstitusiya və Suverenlik İli” çərçivəsində regional və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Universitetdə müəllim və tələbələrin iştirakı ilə müxtəlif elmi-praktik tədbirlər, respublika və beynəlxalq səviyyəli konfranslar keçirilir, araşdırmalar aparılır, məqalələr yazılır. Bu tədbirlər sırasında Qərbi Azərbaycan tədqiqatlarına həsr olunan konfransın təşkili də xüsusi yer tutur.

A. Nağıyev vurğulayıb ki, BSU-nun üzərinə düşən ictimai rolun bir hissəsi ondan ibarətdir ki, yalnız öz əhatə dairəsi ilə deyil, daha geniş auditoriyalarla işləsin. Bu kontekstdə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müxtəlif ümumtəhsil məktəblərində rektorun şagirdlərlə görüşləri keçirilir. Artıq Naxçıvan, Quba, Abşeron, paytaxtımızın Nəsimi və Suraxanı rayonlarında keçirilmiş bu görüşlər 1000-ə yaxın şagirdi əhatə edib və qeyd olunan görüşlərin il ərzində davam etdirilməsi nəzərdə tutulur.

Çıxışında Anar Nağıyev Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasında ziyalılarla keçirdiyi görüşə toxunaraq, Qayıdış Konsepsiyası çərçivəsində qarşıya qoyulan hədəflərdən birinin Azərbaycan reallıqlarının beynəlxalq auditoriyalara çatdırılması olduğunu bildirib və qeyd edib ki, BSU da bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirərək, müxtəlif ölkələrdə yerləşən tərəfdaş universitetlərdə maarifləndirici tədbirlər keçirir. Bu yaxınlarda Albaniyanın Tirana Universitetində “Müasir dövrün Azərbaycanı” mövzusunda mühazirə təqdim olunub. Növbəti günlərdə isə Bolqarıstanın Sofiya Universitetində “Azərbaycan regional lider və strateji tərəfdaş kimi” mövzusunda mühazirə ilə çıxış planlaşdırılır.

Rektor çıxışında bildirib ki, görülən hər bir iş, ali təhsil müəssisəsinin ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçdiyi yolu əhatə etməklə yanaşı, 1993-1995-ci illərdə vacib məsələlərin fonunda tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyduğu dövrün gənclərə çatdırılması, təbliğ olunması və eyni zamanda, elmi baxımdan araşdırılması məqsədini daşıyır: “Bütün çıxışlarda və tədbirlərdə xüsusi olaraq vurğulanır ki, 1993-cü ildə məhz Azərbaycan dövlətçiliyini təmsil edən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ardınca 1994-cü ildə qəbul edilmiş mühüm qərarlar Azərbaycanın gələcək inkişafının əsasını qoyub. 1995-ci ildə qəbul edilmiş Konstitusiya bütöv və suveren Azərbaycan dövlətinin əsaslarını möhkəmləndirməklə yanaşı, ölkənin inkişaf konsepsiyasını təşkil edib. Bütün bu tarixi mərhələlərin davamı olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpa edilməsi BSU-da aparılan tədrisin, elmi araşdırmaların və ideoloji istiqamətlərin inkişafına imkan yaradıb”.

BSU-nun İctimai elmlər kafedrasının müdiri Habil Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev Konstitusiyanın inkişaf mərhələləri barədə ətraflı məlumat verərək, suverenliyin tarixi, mahiyyəti və dövlətçiliyimiz üçün əhəmiyyətindən bəhs edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun siyasi əhəmiyyətindən danışaraq, BSU-nun təkcə ali təhsil müəssisəsi deyil, həm də dövlətçiliyimizi müdafiə edən ideoloji mərkəzlərdən biri olduğunu xüsusi vurğulayıb.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə çıxışında Azərbaycan Konstitusiyasının işığında dövlətin sabitliyi və gələcəyi mövzusuna toxunaraq, Əsas Qanunun cəmiyyətin inkişafında və hüquqi dövlətin formalaşmasında oynadığı rolu önə çəkib.

BSU-nun İctimai elmlər kafedrasının dosenti Sadir Məmmədov isə Azərbaycan Respublikası Konstitusiyasının suverenliyimizin qarantı və hüquq sistemimizin əsas mənbəyi olduğunu bildirib.

1 /4

Şərhlər

Xəbər lenti

31 iyul, 11:35

4-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsi elan edilir

31 iyul, 11:21

Kənd məktəbinin Avropa çempionu olan məzunu: “Əziyyət çəkməsən, uğur qazana bilməzsən”

31 iyul, 10:59

Universitetlərə ixtisas seçiminin tarixləri AÇIQLANDI

31 iyul, 10:36

Uğurlu karyera ali təhsilsiz də mümkündür: Peşə təhsilinin artan imkanları

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.