Bütün xəbərlər
4 sentyabr, 11:40

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq sentyabrın 5-dən oktyabrın 5-dək respublikamızda ənənəvi “Diqqət, uşaqlar!” şüarı altında yol hərəkəti təhlükəsizliyi ayı keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. BDYPİ bununla bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Bu tədbirin əsas məqsədi – bütün yol hərəkəti iştirakçılarının diqqət və məsuliyyətini artırmaq, xüsusilə uşaqların və yeniyetmələrin həyatının qorunmasına nail olmaq, onların yol qəzalarının qurbanına çevrilməsinin qarşısını almaqdır. Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə və böyüklərə müraciət edərək bildirir ki, uşaqların təhlükəsizliyi ilk növbədə onların məsuliyyətli davranışından asılıdır.

Eyni zamanda sürücülərə xüsusi olaraq xatırladırıq:

- Təhsil müəssisələrinin, uşaq bağçalarının və yaşayış məhəllələrinin yaxınlığında hərəkət edərkən sürəti minimuma endirin;

- Piyadalara, xüsusilə də uşaqlara keçidlərdə mütləq yol verin;

- Yol nişanlarına, işıqforların siqnallarına və nişanlanma xətlərinə ciddi əməl edin;

- Manevr zamanı daha diqqətli olun, dayanma-durma qaydalarını pozmayın.

Unutmayaq ki, qaydalara əməl etməklə biz yalnız özümüzü deyil, ətrafımızdakı insanları da həyatlnl qoruya bilirik. Ən başlıcası isə – uşaqlarımızın təhlükəsizliyini təmin edirik.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını əl-ələ verərək uşaqların təhlükəsizliyini qorumağa, yol qəzalarının qarşısını almağa dəvət edir.

Uşaqları qoruyaq – gələcəyimizi qoruyaq!"

Şərhlər

Xəbər lenti

6 sentyabr, 19:33

Şəkidə 11 nömrəli tam orta məktəbin 100 yaşı qeyd edildi

6 sentyabr, 10:19

Şərqi Zəngəzurda təhsil işçilərinin sentyabr konfransı keçirilib

5 sentyabr, 18:47

Paytaxtda sentyabr konfransının ikinci günündə nələr müzakirə edildi?

5 sentyabr, 17:49

BŞTİ-də kitabxanaçı müsahibəsinin apellyasiya mərhələsi başlayır

5 sentyabr, 17:44

Peşə təhsili müəssisələrində yeni tədris ili öncəsi təlimlər keçirilib

5 sentyabr, 16:42

43 yaşında 9-cu sinif məzunu oldu – Şəhla Mirzəyevanın uğur hekayəsi

5 sentyabr, 16:27

ADNSU və 4SİM əməkdaşlıq imkanlarını müzakirə edib

5 sentyabr, 14:29

TİF ilə Dünyagöz xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

5 sentyabr, 14:12

Mingəçevir Dövlət Universiteti əmək yarmarkasında təmsil olunub

5 sentyabr, 13:53

Türkiyə-Azərbaycan Universiteti müəllim vakansiyası elan edir

5 sentyabr, 13:48

Məktəb qapısından evədək: Uşaqların təhlükəsizliyi necə qorunur?

5 sentyabr, 12:25

Sinfi necə idarə edəcəyəm? – Gənc müəllimlərin ilk dərs günü 

5 sentyabr, 12:06

Böyük xərc, kiçik diplom: Sərmayənizi təhlükəyə atmayın!

5 sentyabr, 11:57

33 nəfər DP-də iştirakdan imtina edib, əvəzinə yeni namizədlər seçilib

5 sentyabr, 11:48

ICPC dünya finalının bağlanış və mükafatlandırılma mərasimi keçirilib

5 sentyabr, 11:28

Bu universitetə yeni prorektor təyin olunub

5 sentyabr, 11:20

Yeni Nobel mükafatçılarının adları bu tarixlərdə açıqlanacaq

5 sentyabr, 10:42

Dissertasiya yazmaq biznesə çevrilib: Şirkətlər yazır, tələbələr müdafiə edir

5 sentyabr, 10:30

Diplomat olmaq istəyən gənc: Azərbaycandan Koreyaya uzanan yol

5 sentyabr, 09:59

Bu regionun kənd məktəbləri şəhər məktəblərini geridə qoydu 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.