Bütün xəbərlər
23 mart, 14:58

Şəki şəhər 6 və 18 nömrəli tam orta məktəblərin şagirdləri "Sabahın alimləri" müsabiqəsində III yerə layiq görülüblər.

"Sellüloza üçün yeni həyat" layihəsi ilə uğur qazanan şagirdlər “Azərbaycan müəllimi”nə bildiriblər ki, “Sabahın alimləri” müsabiqəsində qazandıqları uğur onların ekoloji problemlərin həllinə töhfə vermək arzularını daha da gücləndirib.    

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin iki fərqli məktəbində təhsil alan gənclərin bir araya gələrək hazırladıqları layihə müsabiqənin münsiflər heyətinin xüsusi marağına səbəb olub.

Gənc tədqiqatçılar bildirirlər ki, ölkəmizdə çox zaman tullantı kimi qəbul edilən ağac yonqarını daha səmərəli şəkildə istifadə etməyin mümkünlüyünü sübut etməyə çalışıblar. Onların araşdırmasına görə, yonqar yalnız yanacaq kimi deyil, eyni zamanda qab-əşya istehsalı və malçlama prosesində də faydalı ola bilər. Layihədə bu proseslərin həm iqtisadi, həm də ekoloji üstünlükləri nümayiş etdirilib.

Sadiq Allahverdiyev Şəki şəhəri 18 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Bundan əvvəl qatıldığı “Nə? Harada? Nə zaman?” intellektual yarışında komandası ilə birlikdə II yeri qazanıb. Sadiq deyir ki, ekoloji problemlərin həlli üçün elmi yanaşma son dərəcə vacibdir və gələcəkdə də bu sahədə innovativ layihələrə imza atmağı planlaşdırır. Sadiq yaxın gələcəkdə Almaniyada aqronomluq üzrə ixtisaslaşmağı arzu edir. O bildirir ki, kənd təsərrüfatı sektorunda ekoloji problemlərin effektiv həllinə xüsusi diqqət yetirmək ölkəmiz və dünya üçün vacibdir.

Sədaqət Yusifova Şəki şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. O, 4-cü qrup üzrə ali məktəbə hazırlaşır və gələcəkdə neyrocərrah olmaq istəyir. Hələ tətbiqi reallaşmamış beyin transplantasiyasını praktiki müstəviyə daşımağı qarşısına məqsəd qoyan Sədaqət ali təhsilini Azərbaycan Tibb Universitetində başa vurduqdan sonra Almaniyada rezidentura təhsili almağı planlaşdırır.

Müəllimlərin rolu və birgə əməkdaşlıq

Məktəblər fərqli olsa da, yarış üçün bir araya gələn gəncləri bu uğura yönəldən elmi rəhbərləri gənc müəllim Samirə Allahverdiyevadır. Layihənin elmi rəhbəri  şagirdlərə həm elmi-metodiki, həm də mənəvi dəstək verib. Samirə müəllimin  sözlərinə görə, bu cür əməkdaşlıq bölgələr üzrə şagirdlərin potensialını daha da artırır və yeni ideyaların formalaşmasına şərait yaradır.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.