
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində (EATDA) beynəlxalq elmi bazalarda indekslənən və indekslənmə potensialı olan altı jurnalın baş redaktoru və redaksiya heyəti ilə görüş keçirilib.
Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə elmi jurnalların nüfuzunun artırılmasına yönəlmiş pilot layihənin ilkin mərhələsi müzakirə olunub.
Layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə "Elsevier" və "Clarivate" şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Seçilmiş jurnalların göstəricilərinin yaxın illər ərzində yüksəldilməsi məqsədilə birgə fəaliyyət planlaşdırılır.
Görüş zamanı riyaziyyat, biologiya, mühəndislik, informasiya texnologiyaları, humanitar və sosial elmləri əhatə edən jurnalların tədqiqat istiqamətləri, inkişaf prioritetləri, müəssisələr tərəfindən görülməli işlər və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər