Bütün xəbərlər
7 fevral, 14:02

Mərkəzi Aran Regional Təhsil İdarəsinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün ifadəsi: Konstitusiya və Suverenlik İli” mövzusunda elmi konfrans keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılışında Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov və Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, hər iki qurum arasında mövcud əməkdaşlığın perspektivlərindən danışıblar. Konfransın elmi hissəsində Konstitusiyanın tarixi əsasları, müstəqilliyin qorunması, suverenliyin rolu və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması kimi mövzular üzrə maraqlı məruzələr təqdim olunub, təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin gerçəkləşdirilməsinin gənc nəslin daha savadlı və dərin dünyagörüşlü formalaşmasına təkan verdiyi vurğulanıb.

“Əməkdaşlıq gələcəyin keyfiyyətli təhsili üçün möhkəm zəmin yaradacaq”

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov əməkdaşlığın mahiyyəti və gələcək perspektivləri barədə fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüb: 

“Mərkəzi Aran Regional Təhsil İdarəsi olaraq regionda təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müxtəlif layihələr icra edirik. Mingəçevir Dövlət Universiteti ilə birgə həyata keçirdiyimiz konfranslar, seminarlar və peşəkar inkişaf proqramları müəllim və tələbələr üçün geniş imkanlar yaradır. İnanıram ki, bu gün imzaladığımız Fəaliyyət Planı qarşıdakı illərdə təhsil sahəsində daha səmərəli nəticələr əldə etməyimizə kömək edəcək.”

Məktəblərdə elmi-pedaqoji mühitin formalaşmasını daim diqqətdə saxlayırıq

Mingəçevir Şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənli də belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib: “Bu cür tədbirlərin təşkil olunması həm elmi-nəzəri biliklərin paylaşılması, həm də gənclərin maariflənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təhsil sektoru olaraq, universitetlə mütəmadi əməkdaşlıq etmək, müəllimlərin peşəkar inkişafını, məktəblərdə elmi-pedaqoji mühitin formalaşmasını daim diqqətdə saxlayırıq. Qarşılıqlı əməkdaşlıq sayəsində şagird və tələbələrimizin dünyagörüşü daha da genişlənəcək.”

Bu cür tədbirlər gənclərimizi dövlətçiliyin əsasları ilə daha yaxından tanış edir

Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin dekanı Nizami Zeynalov təhsilalanların təkcə biliklər deyil, həm də milli-mənəvi dəyərlər əsasında formalaşmasının vacibliyini qeyd edib: 

“Universitetimizin Təhsil fakültəsi ölkəmizin gələcək müəllim kadrlarını yetişdirir. Onların yalnız ixtisas bilikləri ilə deyil, eyni zamanda, milli-mənəvi dəyərlər əsasında formalaşması çox vacibdir. Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əməkdaşlığımız məhz bu məqsədə xidmət edir. Konfransın mövzusu olan “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən bu cür tədbirlər gənclərimizi dövlətçiliyin əsasları ilə daha yaxından tanış edir”.

Konfransın rəsmi hissəsi yekunlaşdıqdan sonra Mingəçevir Dövlət Universiteti ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi arasında 2025-ci il üçün Fəaliyyət Planı imzalanıb. Tədbirin sonunda universitetin və orta məktəblərin şagird-tələbə kollektivi tərəfindən hazırlanan bədii proqram nümayiş olunub, vətənpərvərlik ruhunu tərənnüm edən mahnılar və ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Müasir dövrdə təhsilin regionlar üzrə davamlı şəkildə inkişaf etdirilməsi, həm dövlət siyasətinin əsas hədəflərindən biri, həm də cəmiyyətin tələbatından irəli gələn zərurət kimi qəbul olunur. Mərkəzi Aran bölgəsi coğrafi mövqeyinə və əhalinin sıxlığına görə strateji əhəmiyyət daşıdığından, burada kadr hazırlığının yüksəldilməsi, gənclərin müasir metodlara əsaslanan təhsillə təmin edilməsi mühüm prioritetdir.

Elmi dəyərləndirməyə görə, regional ali və orta təhsil müəssisələri arasında uzlaşdırılmış fəaliyyət, ortaq tədqiqat layihələri və interaktiv təlim metodlarının tətbiqi gələcəkdə daha ixtisaslı, rəqabətqabiliyyətli kadrların formalaşmasına şərait yaradır. Bununla yanaşı, belə əməkdaşlıq sayəsində müəllimlərin peşəkar səviyyəsi artar, tələbələrin, şagirdlərin akademik bacarıqları inkişaf edər və elmi-praktik nailiyyətlər bölgədəki sosial-iqtisadi dinamizmə müsbət təsirini göstərə bilər.

Bu baxımdan Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə Mingəçevir Dövlət Universiteti arasında imzalanan Fəaliyyət Planı məhz regionda təhsilin keyfiyyətinin daha da yüksəlməsinə, müasir tələblərə uyğun kadr potensialının formalaşdırılmasına və gələcəkdə gənclərin innovativ ideyalarla ölkəmizin inkişafına töhfə verməsinə zəmin yaradacaq.

1 /5

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.