Bütün xəbərlər
24 dekabr, 12:28

“Məsafədən təhsil alanların diplomlarının bu vaxta qədər tanınmamasının əsas səbəbi müvafiq mexanizmin mövcud olmamasıdır”.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib. 

O bildirib ki, “Təhsil haqqında” Qanunda məsafədən təhsil bir təhsil forması kimi nəzərdə tutulsa da, bu məsələyə bir az daha geniş perspektivdən yanaşılmalıdır. Hazırda ənənəvi təhsilə münasibətdə də diplomların tanınması ilə bağlı ciddi çağırışlar mövcuddur:

“Bir çox hallarda ali təhsil kvalifikasiyalarının tanınması üzrə müraciət edən şəxslərin sənədlərində boşluqlar və uyğunsuzluqlarla qarşılaşırıq. Təəssüf ki, bəzi universitetlərdə, xüsusilə yaxın coğrafiyadakı ali təhsil müəssisələrində tədris prosesi qeyri-ciddi şəkildə təşkil edilir. Transkriptləri dəyərləndirərkən bəzi məqamlar bizi həqiqətən məyus edir”.

Onun sözlərinə görə, tədris dili rus dili olan bir universitetdə transkriptin üçdə birinin rus dili fənni üzrə kreditlərdən ibarət olduğunu görürüksə, bu, həmin universitetin fəaliyyətində ciddi problemlərin olduğunu göstərir:

“Belə ki, tədris dili təhsil səviyyəsi üzrə əldə olunan ümumi kreditin üçdə birini təşkil edə bilməz. Beynəlxalq təcrübəyə əsasən, kreditlər tədris dili fənni üzrə deyil, tədris dilində keçirilən digər fənlər üzrə təqdim edilməlidir. Lakin həmin universitetlərdə tədris dili üzrə kreditlər qeyri-adekvat şəkildə şişirdilir. Bu isə həmin təhsil müəssisəsinin qeyri-ciddiliyini göstərir”.

O daha bir problemə toxunaraq əlavə edib ki, bəzi şəxslər əyani təhsil forması üzrə diplom təqdim edir, lakin tədris prosesinin əslində qiyabi və ya məsafədən həyata keçirildiyi aşkar olunur:

“Belə hallar xüsusilə son dövrlərdə bəzi xarici təhsil şirkətlərinin “imtahansız əyani təhsil” və ya “ölkəyə getmədən məsafədən təhsil” kimi vədləri ilə geniş yayılıb. Bununla yanaşı, bəzi şəxslər hüdudları nəzərə almadan həm diplomların tanınmasına, həm də hərbi xidmətdən möhlət hüququna zəmanət veriləcəyini iddia edir. Bu cür hallarda qeyri-ciddilik açıq-aşkar görünür və bu, həm vətəndaşlarımızın, həm də dövlətimizin maraqlarına ciddi ziyan vurur”.
Sədr qeyd edib ki, ilk növbədə ənənəvi təhsil üzrə diplomların tanınmasında olan boşluqlar aradan qaldırılmalıdır:

“Bu çağırışlar həll edildikdən sonra məsafədən təhsil üzrə diplomların tanınması məsələsi daha sağlam müstəvidə müzakirə oluna bilər. Düşünürəm ki, hazırkı vəziyyətdə ənənəvi və qiyabi təhsilə dair formalaşmış təcrübə məsafədən təhsilə münasibətdə inamsızlıq yaradır. Xüsusilə məsafədən təhsilin necə həyata keçirilməsi və bu təhsil formasından əldə edilən kvalifikasiyaların tanınması məsələlərində ciddi şübhələr mövcuddur. Bu doğrudan da məyusedici bir haldır. Reallıq odur ki, bu gün ənənəvi təhsil formaları üzrə əldə olunan kvalifikasiyaların tanınmasını həyata keçirən bir qurum olaraq, bəzən bu cür reallıqlarla üzləşirik. Təəssüf ki, bəzi insanlar üçün təhsilin mahiyyəti deyil, yalnız diplom, sənəd və ya status maraqlıdır”.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.