Bütün xəbərlər
23 sentyabr, 21:11

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən ilk təşkilatlarla görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbə  verir ki, tədbirdə Konfederasiyanın məsul əməkdaşları, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Respublika Komitəsinin rayon komitələrinin sədrləri və 450 nəfərə yaxın ilk təşkilat sədrləri iştirak ediblər.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbiri giriş sözü ilə açan ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tədbirin keçirilmə məqsədindən danışaraq vurğulayıb ki, bu görüşlər üzv təşkilatlarla daha sıx əməkdaşlığa, qarşılıqlı fikir mübadiləsinə xidmət edir. 

Daha sonra AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev Konfederasiyanın son illərdə reallaşdırdığı layihələr, üzv təşkilatların fəaliyyətinin dəstəklənməsi və əmək hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə çıxış edib. AHİK-in digər müşaviri Kamran Umudov isə görülmüş işlərdə hesabatlılıq sisteminin təmin olunması ilə bağlı məruzə edib. 

ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev geniş təqdimatla çıxış edib. Təqdimatda təhsil sahəsində çalışan ittifaq üzvlərinin sosial-iqtisadi hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin müdafiəsi, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və istirahət imkanlarının genişləndirilməsi, həmçinin təşkilatın beynəlxalq əlaqələri və əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib. 

Sonda Qaradağ, Binəqədi, Yasamal, Səbail, Nəsimi və Nərimanov rayonlarının ilk təşkilat sədrlərinin sualları cavablandırılıb, onların təklifləri dinlənilib. Görüş zamanı həm AHİK-in məsul əməkdaşları, həm də ETİHİ-nin sədri Araz Paşayev ittifaq üzvlərini maraqlandıran bütün məsələlərə ətraflı cavab veriblər. 

Qeyd edək ki, rayon və şəhər komitələrinin ilk təşkilatlarla görüşləri qarşıdakı günlərdə bölgələrdə də davam etdiriləcək.

1 /11

Şərhlər

Xəbər lenti

23 sentyabr, 17:14

ADPU-da yeni oxu zalı yaradılıb

23 sentyabr, 17:05

SABAH məzunu Avropanın nüfuzlu universitetlərinin birgə doktorantura proqramına qəbul olub

23 sentyabr, 16:39

TİF və TKTA 103 DP qalibinin IELTS imtahan xərcini qarşılayıb

23 sentyabr, 16:27

Müəllimlərin sertifikasiya müsahibəsinin keçiriləcəyi vaxt açıqlanıb

23 sentyabr, 16:22

Corc Vaşinqton Universitetinin professoru ADNSU tələbələrinə seminar keçib

23 sentyabr, 15:34

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

23 sentyabr, 15:23

Yumşaq bacarıqları möhkəmləndirmək yolları

23 sentyabr, 14:45

Bağçalara müdir vəzifəsinə işə qəbulun nəticələri AÇIQLANDI

23 sentyabr, 14:25

Laborant vəzifəsinə işə qəbul elan olunur

23 sentyabr, 14:08

78 yaşlı tələbə: “Oxumağın yaşı yoxdur” – Ordubaddan REPORTAJ

23 sentyabr, 13:04

DİM ictimaiyyət üçün açıq görüşlərə start verir

23 sentyabr, 12:51

Region universitetlərinin kitabxanalarında vəziyyət necədir?

23 sentyabr, 12:49

ADNSU-da mikromobillik vasitələrinin təhlükəsiz istifadəsi sessiyası keçirilib

23 sentyabr, 12:40

Gələcəyin ağıllı təhsilinin inkişafını sürətləndirməliyik - Çin təcrübəsi

23 sentyabr, 12:32

Yataqxanadan başlayan tələbəlik həyatı – REPORTAJ

23 sentyabr, 12:26

Azərbaycan İdman Akademiyasında yenilənən cüdo zalı istifadəyə verilib

23 sentyabr, 11:39

“Əlaçı” oyununun 22-ci mövsümünün seçim turu keçirilib

23 sentyabr, 11:26

Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

23 sentyabr, 11:18

Sektor müdiri: Layihə real həyatda faydalı olmalıdır, gözəl görünməsi kifayət deyil

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.