Bütün xəbərlər
11 fevral, 17:45

“Ev tapşırığı şagird üçün nə qədər ağır, üzücü olsa da, onların asudə vaxtlarını səmərəli keçirməsində maneə yaratsa da, təəssüf ki, biz hələ ki, bu tapşırıqdan imtina etməyə tam hazır deyilik. Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə tam mənimsətməyi öyrənməmişik, ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik”.

Bunu “Azərbaycan müəllimi”nə təhsil eksperti Nadir İsrafilov deyib.

O bildirib ki, bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır: “Hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. Şagirdlərimizi “öyrənməyi öyrətmək” metoduna yiyəndirmədikcə, bu sahədə problemlərimiz qaçılmaz olacaq. Yüksək texnologiyaların inkişafı və rəqəmsallaşmanın getdikcə daha sürətlə yayılması, başqa sözlə, yaşadığımız informasiya əsrində heç də çoxlu lazımsız və əhəmiyyətsiz məlumatları yadda saxlamaq tələb olunmur. Bunun əvəzinə məlumatı  hansı mənbələrdən, nə müddətə və hansı yolla almağı bilmək zərurəti yaranır. Bu mənada, yetirmələrimizı “Öyrənməyi öyrətmək” metoduna yiyələndirmək, daha böyük önəm daşıyır”.

Onun sözlərinə görə, ümumtəhsil müəssisələrinin vəzifəsi təhsilalanlara təkcə bilik vermək deyil, həm də gələcək üçün sağlam nəsil yetişdirməkdir: “Bir şeyi unuduruq ki, hər bir valideyn üçün uşağının sağlamlığı təhsilindən daha önəmlidir. Bir sıra xarici ölkələrdə şagirdlərin dərs yükünün azaldılması məqsədilə ev tapşırıqları tamamilə ləğv edilib. Bəzi ölkələrdə isə ev tapşırıqlarının həcmi minimuma endirilib. Xarici təcrübə bir yana, elə bizim kurikulum təliminə keçidimiz şagirdləri ev tapşırığından azad etmək tələbi qoyub. Düşüncənin ön plana çəkilməsi, nəzəri biliklərdən çox şagirdin bacarığı istiqamətində təhsil verilməsinə yönəlib”.

Ekspert vurğulayıb ki, bu gün  təhsildə dinamik dəyişikliklər, kütləvi xarakterli islahatlar aparılır, təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılması ilə bağlı yeni yanaşmalar formalaşır, təlim-tərbiyənin, təhsilin komponentləri, hədəf qrupları, iştirakçılar və idarəedicilər dəqiqləşdirilir, vəzifə və hüquqlar dəyərləndirilir: “Pedaqoji heyətin, müəllimlərin imkanları ilə yanaşı, alternativ imkanlar araşdırılır, ailənin, valideynin bu proseslərdə rolu və məsuliyyəti məsələsi aktuallaşır. Valideynləri təlim-tərbiyə prosesinə cəlb etmək üçün yeni modullar düşünülür, bununla belə, dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər əlavə vəsaitlərin çoxluğu, təhsilimizin əsas problemlərindən biri olub və olmaqda davam edir.  “Ali təhsilli valideynlər belə övladlarının ev tapşırığının həllində kömək etməyə acizdilər”- kimi ifadələr artıq cəmiyyətdə bir növ streotipə çevrilib. Uzun zamandır ki, deyilməsinə, yazılmasına baxmayaraq, yüngüllləşdirmə, şagirdlərin bilik və yaş səviyyəsinə uyğunlaşdırma istiqamətində praktik addım atılmır. Bu məsələyə ancaq açıqlamalar formasında şərhlər verilir”. 

Müsahibimiz əlavə edib ki, əgər sinifdə ev tapşırığı verilməsinə zərurət yaranacaqsa, müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin: “Bu zaman ev tapşırığı elə səviyyədə verilməlidir ki, şagird özü də bunu anlasın. Yəni, şagird müəllimin bu tapşırığın ona sinif yoldaşlarına nisbətən irəliləməli, bilgisində olan boşluğu doldurmalı olduğuna görə verildiyini anlamalıdır. Yaxud da hamıdan yüksək bildiyini zənn edərək, daha yüksək arenaya çıxışı üçün ona yol açıb, istiqamət verildiyini başa düşməlidir”.

Şərhlər

Xəbər lenti

14 mart, 18:08

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri mükafatlandırılıb

14 mart, 17:52

Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya keçiriləcək

14 mart, 17:50

Qiymətləndirmə ilə bağlı görüş keçirilib

14 mart, 16:03

Nazir müavini: Şagirdlərin istedadını vaxtında aşkarlamaq olduqca vacibdir

14 mart, 15:58

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

14 mart, 15:58

“Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir” - RƏY

14 mart, 15:33

Rəqəmsal məktəb: Müasir təhsilin sərhədsiz imkanları

14 mart, 15:10

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir

14 mart, 15:00

Görülməyəcək işlərin siyahısı da vacibdir

14 mart, 14:49

Qarabağda infosessiyalar keçiriləcək

14 mart, 14:42

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

14 mart, 14:35

“Heç vaxt o yola əl atmaram, bunun necə pis olduğunu bilirəm” - Video

14 mart, 14:24

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

14 mart, 14:01

Elmin təbliği: Türkiyədən maraqlı təşəbbüs

14 mart, 13:51

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BANM-də olublar

14 mart, 12:59

UNEC-də “İş yeri axtarma, iş yeri yarat!” adlı təlim keçirilib

14 mart, 12:51

AzMİU-nun 50 illik yubileyi ərəfəsində növbəti seminar keçirilib

14 mart, 12:37

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə keçirilib

14 mart, 12:36

SABAH qruplarından bu günədək 7 minə yaxın tələbə məzun olub

14 mart, 12:23

Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.