Bütün xəbərlər
19 may, 14:04

2024–2025-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının (RFO) final mərhələsində Qazax-Tovuz bölgəsi üzrə məktəblilər 1 qızıl, 6 gümüş, 11 bürünc medal əldə ediblər.

“Azərbaycan müəllimi” təhsil nailiyyətləri ilə seçilən gənclərin bir neçəsinin uğur hekayələrini dinləyib.

“Coğrafiya mənim üçün dünyanı anlama vasitəsidir”

Gədəbəy şəhəri, İlham Əliyev adına 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Leyla Sadıqzadə coğrafiya fənni üzrə RFO-nun final turunda qızıl medal qazanaraq bölgənin təhsil tarixində əlamətdar bir uğura imza atıb. Leyla bildirir ki, bu nəticə onun məqsədyönlü çalışmasının, müəllimi ilə birgə planlı hazırlığın və fənnə olan dərin marağının nəticəsidir: “Coğrafiya mənim üçün sadəcə dərs deyil, dünyanı anlama vasitəsidir. Bu fənn sayəsində yaşadığımız ətrafı, iqlim dəyişikliklərini, insanların yerləşmə və məskunlaşma səbəblərini daha dərindən dərk edirəm. Olimpiadaya hazırlıq müddətində, əsasən, xəritələrlə işlədim, statistik məlumatları analiz etməyi öyrəndim. Müəllimim hər addımda mənə istiqamət, motivasiya verdi. Bu medal təkcə mənim deyil, müəllimimin və məktəbimizin uğurudur”.

Cəmi 0.5 bal fərqinə görə qızıl medalı əldən verib

Tovuz rayonu Əyyublu kənd tam orta məktəbin 9-cu sinif şagirdi İmaməli Alıyev isə tarix fənni üzrə RFO-da gümüş medal qazanıb. Tarixə yalnız faktlar toplusu kimi yox, səbəb-nəticə əlaqələri, məqsədlər və nəticələrlə birlikdə baxan İmaməli bu fənni düşünmək, analiz etmək və nəticə çıxarmaq vasitəsi kimi görür. “Əfsuslar olsun ki, müasir dövrdə tarixi yalnız faktlara görə öyrənirlər. Mən isə daim faktların səbəb, məqsəd, nəticə və digər prioritetlərini araşdırmağı üstün tuturam”, – deyə o vurğulayır.

Olimpiadada göstərdiyi nəticə də onun bu yanaşmasının təsdiqidir. Final mərhələsində cəmi 0.5 bal fərqinə görə qızıl medalı əldən verdiyini deyən İmaməli bundan ruhdan düşmədiyini, əksinə, qarşıdakı illərdə daha yüksək zirvələri fəth etmək istədiyini bildirir: “Bəlkə də son anda etdiyim tələskənlik məni xəyallarımdan məhrum etdi. Amma qabaqda hələ illərim var və növbəti ildə qızıl medalı qazanacağıma əminəm”.

İmaməli hazırlıq prosesində ona daim dəstək olan müəllimi Şəms Mustafayevaya təşəkkürünü xüsusi qeyd edir. Onun fikrincə, olimpiadanın ən çətin mərhələsi məhz finaldır: “Çünki burada cəmi 4-5 sual olur, amma bu suallar xüsusi hazırlanır və şagirdlərin analitik təfəkkür, təhlil, yaradıcılıq, məsələn, cədvəl, sxem və ya layihə qurmaq kimi kimi bacarıqlarını yoxlayır”.

“Qalib olduğumu ilk xəbər verdiyim şəxs direktorumuz oldu”

Ağstafa şəhəri Texniki və humanitar fənlər təmayüllü liseyin XI sinif şagirdi Nəsrin Cəfərli kimya fənni üzrə RFO-da bürünc medal qazanaraq rayon təhsil tarixində bir ilkə imza atıb. Kimyaya uşaqlıqdan xüsusi maraq göstərən Nəsrin deyir ki, bu sevginin formalaşmasında müəllimi Nəzakət xanımın xüsusi rolu olub:

“Reaksiyalar, formulalar daim diqqətimi çəkirdi. 10-cu sinifdən etibarən məqsədli şəkildə hazırlaşmağa başladım. Hüseyn müəllimin izahlı PDF materialları mənim üçün olduqca faydalı idi. Eyni zamanda, Solomon və Lidin vəsaitlərindən də istifadə edirdim. Fiziki kimya və kimyəvi kinetika hissələri daha maraqlı gəlirdi. Başlanğıcda çətin idi, amma müəllimimin izahları ilə kimyanı daha yaxşı başa düşməyə başladım”.

Nəticə açıqlandığı an yaşadığı sevinci belə ifadə edir:  “Siyahı paylaşılarkən çox həyəcanlı idim. Qalib olduğumu ilk xəbər verdiyim şəxs direktorumuz Pərvanə müəllim oldu”. 

Gələcəkdə tibb sahəsində təhsil almaq və olimpiada təcrübəsini digər şagirdlərlə bölüşmək istəyən Nəsrin deyir: “Bir az da çox çalışın, yuxusuz qalmaqdan narahat olmayın, əziyyət çəkin. Sonda əldə etdiyiniz nəticə bütün yorğunluğunuzu sizə unutduracaq”.

“Tarix mənə öyrətdi ki, Azərbaycan xalqı heç vaxt əsarətə boyun əyməyib”

Qazax rayonu Aslanbəyli kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Cavidan Qaravəliyev tarix fənni üzrə ilk dəfə qatıldığı RFO-da bürünc medal qazanıb. Tarixə olan marağı uşaq yaşlarından formalaşıb. Bu marağın dərinləşməsində müəllimi Asif Seyidovun rolu xüsusi olub: “Asif müəllim təkcə tarix öyrətmədi, həm də vətən sevgisi, xalqımıza dəyər vermək, elmə sahib çıxmaq duyğusunu aşıladı. Olimpiadaya hazırlıqda onunla yanaşı, məktəbimizin direktoru Liana Vəliyeva və sinif rəhbərim Gülnaz  Həsənovanın dəstəyi çox böyük oldu”.

Tarix onun üçün sadəcə məlumat toplamaq deyil, milli kimliyə bağlanmaq vasitəsidir: “Tarix mənə öyrətdi ki, Azərbaycan xalqı heç vaxt əsarətə boyun əyməyib. Xüsusilə Vətən müharibəsi dövründə yaşananlar bu fikrimi daha da qətiləşdirdi”. 

Cavidan ilk olimpiada təcrübəsini bu sözlərlə xatırlayır: “İlk iki mərhələni çətinlik çəkmədən keçdim. Finalda təcrübəsizlik üzündən medalın əyarını dəyişə bilmədim. Amma bu, gələn il üçün daha güclü çalışmağıma stimul verdi”.

O, gələcəkdə tarix üzrə daha yüksək nəticə qazanmaq və qızıl medal əldə etmək istədiyini bildirir.

Leylanın coğrafiya vasitəsilə dünya ilə bağ qurması, İmaməlinin keçmişlə bu günü birləşdirməsi, Nəsrinin kimya ilə elmə olan marağını əzmlə birləşdirməsi və Cavidanın tarix sevgisi ilə milli kimliyə bağlanması bir həqiqəti göstərdi: istedad, zəhmət və inam bir araya gələndə uğur qaçılmaz olur.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.