Bütün xəbərlər
3 mart, 10:45

İnsanların sağlamlığının qorunması və istirahət imkanlarının genişləndirilməsi sosial siyasətin vacib istiqamətlərindən biridir. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ittifaq üzvləri üçün sanatoriya və istirahət mərkəzlərinə yollayış sistemində mühüm yeniliklər edib. Artıq yollayışların verilməsi "Kurort" Turizm İnformasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Mərkəzinin direktoru Emilya Səfərəliyeva bu barədə “Azərbaycan müəllimi”nə müsahibə verib.

Biz sanatoriya və kurort xidmətlərinin hamı üçün daha əlçatan olmasını təmin edirik

– Emilya xanım, bilirik ki, AHİK ittifaq üzvlərinə yollayışların verilməsində yeni qaydalar tətbiq edib. Rəhbərlik etdiyiniz "Kurort" Turizm İnformasiya Mərkəzi nə vaxt yaradılıb, fəaliyyəti nədən ibarətdir?

– Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ittifaq üzvlərinin sağlamlığının qorunması və istirahət imkanlarının genişləndirilməsi üçün mühüm bir addım atıb. Belə ki, 2024-cü il noyabrın 25-dən etibarən həmkarlar ittifaqı üzvlərinə yollayışların verilməsinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə başlanılıb. Bu yenilik həm şəffaflığın artırılmasına, həm də bütün üzvlərin bərabər hüquqlarla həmin imkandan faydalanmasına xidmət edir.

Bir telefon zəngi kifayət edir ki...

– İttifaq üzvləri mərkəzə necə müraciət edə bilərlər?

– Hazırda həmkarlar ittifaqı üzvləri üçün yollayışların alınması prosesi xeyli sadələşib. Artıq müraciət üçün uzun prosedurlara ehtiyac qalmır. Bir telefon zəngi (mobil: 050 328 38 11; 050 328 38 77 və iş telefonları: 492 50 10; 492 75 53 ) və ya "Kurort" Turizm İnformasiya Mərkəzinə birbaşa müraciət kifayət edir ki, istirahətiniz üçün ilk addımı atasınız. 

Müraciət zamanı vətəndaşın şəxsiyyət vəsiqəsi, sosial status və iş yeri, istirahət üçün seçdiyi sanatoriya və yerləşmə tarixi barədə məlumatlar sistemə daxil edilir. Məlumatların emalı zamanı iş yeri və üzvlük məlumatları AHİK-in müvafiq üzv təşkilatları tərəfindən yoxlanılır, daha sonra müvafiq yollayış təsdiqlənərək müvafiq sanatoriya və ya istirahət mərkəzinə yönləndirilir.
 
Bu, qeyd etdiyim kimi yollayışların rahat, şəffaf və növbəlilik prinsipi əsasında verilməsini təmin edən mütərəqqi yenilikdir.

Güzəştli və imtiyazlı şərtlər

– Yollayışların verilməsində nə kimi güzəştlər tətbiq olunur? Kimlər imtiyazlı şərtlərlə ondan faydalana bilər?

– Bu sistem çərçivəsində həmkarlar ittifaqı üzvləri yollayışları güzəştli şərtlərlə əldə edirlər. Məsələn, imtiyazlı şəxslər, o cümlədən şəhid ailələri, 1-ci qrup əlillər və onların müşayiətçiləri tam ödənişsiz yollayışla təmin olunur. Digər üzvlər ümumi dəyərin yalnız 15%-ni ödəməklə yollayış ala bilirlər.

Onu da diqqətə çatdırmaq istərdim ki, hər il yalnız bir dəfə güzəştli yollayış almaq mümkündür. Bu qayda sistemin ədalətli işləməsini təmin edir və hər bir üzvə bərabər imkan yaradır.

Statistik rəqəmlər göstərir ki...

– Yeni sistem tətbiq olunandan neçə nəfər ittifaq üzvü bundan faydalanıb? Müraciət edən ittifaq üzvləri arasında təhsil işçilərinin sayı nə qədərdir?

– İndiyədək Mərkəzimizə 5000-dən çox həmkarlar ittifaqı üzvü yollayış üçün müraciət edib. Onlardan 75%-nin müraciəti müsbət cavablandırılıb. İmtina səbəbləri isə əsasən müxtəlif hallarla bağlı olub. Məsələn, bir il ərzində təkrar müraciət, həmkarlar ittifaqının üzvü olmamaq, seçilmiş tarixdə sanatoriyada boş yerin olmaması və s.

Müraciətlərin böyük hissəsi təbii ki, təhsil işçilərindən daxil olur. Mərkəzimizə 1426 təhsil işçisi yollayış üçün müraciət edib və onlardan 1104-ü bu imkandan faydalanıb. Bu isə ümumi müraciətlərin 78%-i deməkdir.

Yeni sistemin əsas üstünlükləri

– Emilya xanım, yeni sistemin üstünlüklərini qısa şəkildə qeyd etsək...

– Tətbiq olunan sistem daha rahat müraciət prosesidir. Qeyd olunduğu kimi, müraciət üçün yalnız bir telefon zəngi kifayətdir. Burada şəffaflıq və hesabatlılıq gözlənilir. Hər bir müraciət sistemə daxil edilir və yoxlanılır.

Sistemdən daha çox insanın faydalanması mümkündür. Burada növbəlilik və ədalətlilik prinsipi qorunur.

Mərkəzimizə müraciət edən ittifaq üzvləri sərfəli və güzəştli şərtlərdən istifadə etmək hüququna malikdirlər. Belə ki, həmkarlar ittifaqı üzvlərinə xüsusi endirimlər və imtiyazlar təqdim olunur.

Yeni tətbiq olunan sistem həmkarlar ittifaqı üzvü olan bütün peşə sahibləri üçün sanatoriya yollayışlarının əlçatan olmasını təmin etməklə onların fiziki və psixoloji sağlamlığını qorumağa, iş fəaliyyətlərini daha məhsuldar davam etdirməyə şərait yaradır. Və bu yeniliklər həmkarlar ittifaqı üzvlərinin sosial rifahına yönəlib. Yeni sistemin tətbiqi həm vətəndaş məmnuniyyətini artırır, həm də dövlətin sosial siyasətinin daha effektiv icrasına töhfə verir.

Şərhlər

Xəbər lenti

21 iyun, 09:33

Təkrar sertifikatlaşdırmada iştirak edənlər: Çox sanballı suallar seçilmişdi

21 iyun, 09:25

Universitetlərimiz əsas indikatorlar üzrə müsbət dinamika nümayiş etdiriblər – Təhsil eksperti  

21 iyun, 09:00

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

20 iyun, 18:15

Şəhid övladı olan müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

20 iyun, 17:33

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera Günü” keçirilib

20 iyun, 17:30

“İşəgötürənləri dərslərdə iştirak etməyə dəvət edirik” – Ceyhun Kərəmov

20 iyun, 17:20

“Aylarla hazırlığa ehtiyac yoxdur” – Sertifikatlaşdırma təcrübələri

20 iyun, 16:55

Rəhim Bayramlı: “Baku ID” lokal çərçivədən çıxaraq regional miqyas alır

20 iyun, 16:49

“Olimpiadalardan həmişə medallarla dönmüşəm” – 10 qızıl medalın sahibi  

20 iyun, 15:58

Bu il ADPU-dan 4400 nəfərdən çox tələbə məzun olur

20 iyun, 15:50

“Universitetlərimizin beynəlxalq reytinqə daxil olması yalnız statistik göstərici deyil” – Hüseyn Həsənov

20 iyun, 15:48

Nurlan İsmayılbəyli: Apellyasiya mərhələsində bütün müraciətlər obyektiv araşdırılacaq

20 iyun, 15:44

“Müasir metodist” müsabiqəsinə qeydiyyat müddəti uzadıldı

20 iyun, 15:32

İcma əsaslı məktəbəqədər təhsil qruplarına 839 uşaq cəlb olunub

20 iyun, 15:30

Rüfət Əzizov: “QS reytinqindəki irəliləyişimiz təsadüfi deyil, sistemli inkişafın nəticəsidir”

20 iyun, 14:51

I sinfə qəbulda prioritetlə bağlı ən çox verilən suallara CAVABLAR

20 iyun, 14:43

Astronomik yay başlayır

20 iyun, 14:33

Doktorantura və dissertantura səviyyəsində xarici dil imtahanı keçiriləcək

20 iyun, 14:30

İlk cəhddə sertifikasiyadan keçə bilməyən müəllim hazırlaşıb 59 bal topladı

20 iyun, 13:54

ADA Universitetində “Məzun günü” keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.