
Bakı Ali Neft Məktəbi (BANM) və “BERC&Partners”in birgə təşəbbüsü ilə III BANM Biznes Forumu çərçivəsində Startap müsabiqəsinə start verilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu müsabiqə perspektivli startaplara lazımi dəstək göstərməklə onları uğurlu biznesə çevirmək məqsədi daşıyır.
Müsabiqədə iştirak şərtləri:
Müsabiqədə hazırda #Azərbaycan universitetlərində təhsil alan bütün tələbələr iştirak edə bilər;
Startap layihəsi kommersiyalaşdırma potensialı olan innovativ ideya və texnologiyalar əsasında qurulmalıdır;
Startaplar istənilən sahəni əhatə edə bilər, lakin əsas diqqət innovativliyə yönəlməlidir;
Digər müsabiqələrdə qalib gələn və ya inkubasiya-akselerasiya proqramlarında iştirak edən startaplar müsabiqəyə qəbul edilmir.
Təqdim olunmalı məlumatlar:
Startapın adı və komanda üzvləri haqqında məlumat;
Startapın həll etməyi hədəflədiyi əsas problem;
Problemin həlli üçün təklif olunan innovativ metod;
Biznes plan haqqında qısa icmal;
6 dəqiqəlik video təqdimat.
Qiymətləndirmə meyarları:
İdeya və ya texnologiyanın innovativliyi və unikallığı;
Potensial bazar və böyümə imkanı;
Təklif olunan biznes modelin reallaşdırılması və davamlılığı;
Ölçüləbilən göstəricilərə əsaslanması;
Təqdimatının aydınlığı və effektivliyi;
Kommersiyalaşdırma potensialı.
Startap komandalarının 2-4 nəfərdən ibarət olması iştirakçılara üstünlük qazandıracaq.
Qiymətləndirmə nəticəsində münsiflər tərəfindən seçilən startapların növbəti mərhələlərə keçidi və inkişafı üçün müvafiq mükafatlar təqdim olunacaq:
I Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 5.000 Azn-lik xidmət paketi.
II Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 3.000 Azn-lik xidmət paketi.
III Yer: BERC İnkubasiya və Akselerasiya Mərkəzinin 2.000 Azn-lik xidmət paketi.
Qeyd edək ki, layihələrin AI təməlli olması üstünlükdür. Perspektivli startaplar investorlara çıxış imkanı qazana bilər.
Müsabiqəyə son müraciət tarixi: 25.04.2025
Müraciət linki: https://banm.berc.az/startup/
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər