Bütün xəbərlər
26 may, 09:50

İordaniyanın Al əl-Beyt Universitetində “Azərbaycan Mədəniyyəti Günü” və “Azərbaycana pəncərə” adlı elmi simpozium təşkil olunub.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyinin və Al əl-Beyt Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil ocağının akademik və müəllim heyəti, tələbələr, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, eləcə də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İordaniya ilə Azərbaycan arasında dostluq və mədəni əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı anlaşma və yaxınlaşma körpülərinin möhkəmləndirilməsi, həmçinin Azərbaycan xalqının zəngin tarixi və mədəni irsinin tanıdılması məqsədilə təşkil olunmuş tədbirin ilk hissəsində Naxçıvan Dövlət Universitetinin rəqs kollektivi tərəfindən milli rəqslər nümayiş olunub, ölkəmizin mədəniyyəti və turizm potensialı ilə bağlı təqdimat xarakterli videoçarxlar iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra Al əl-Beyt Universitetinin rektoru Usamə Nasir, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Bəni Ubeyd Bələdiyyəsinin sədri Camal Əbu Ubeyd, habelə universitetin İncəsənət və humanitar elmlər fakültəsinin dekanı Səid Əbu Xader çıxış ediblər. Çıxışlar zamanı iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri, xüsusilə də mədəni əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib, bu əlaqələrin daha da inkişafının vacibliyi qeyd olunub və bu məqsədlə birgə səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Çıxışların ardınca “Azərbaycana pəncərə” adlı elmi simpozium keçirilib. Simpoziumda iordaniyalı tədqiqatçılar və ölkəmizin Krallıqdakı səfirliyinin əməkdaşı tərəfindən “Azərbaycan ədəbi mətnlərinin Avropaya köçü: şair Mirzə Şəfi Vazehin yaradıcılığı”, “Azərbaycan mədəniyyəti və onun müxtəlifliyi”, “İordaniya-Azərbaycan siyasi və iqtisadi əlaqələri”, “Azərbaycanda İslamın yayılması və Ərəb xilafətinin mövcudluğu”, “Azərbaycan şairlərinin İslam sivilizasiyasının zənginləşməsindəki rolu” və “Azərbaycan Respublikasının coğrafi mövqeyi və insan resursları” mövzuları üzrə mühazirələr oxunub.

Simpoziumun sonunda məruzəçilərə Al əl-Beyt Universitetinin rektoru, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri və Naxçıvan Dövlət Universitetinin rektoru tərəfindən təşəkkürnamələr təqdim edilib.

1 /4

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.