
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirmə məqsədilə keçirilən “Kibertəhlükəsizlik və kibergigiyena” adlı silsilə təlimlərin növbəti mərhələsi baş tutub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, təlim İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin Treninq və sertifikatlaşdırma şöbəsinin təşkilatçılığı ilə reallaşıb.
Təlimdə kibertəhlükəsizlik üzrə mütəxəssis-ekspert Rövşən Məlikov çıxış edərək iştirakçılara mövzu barədə geniş məlumatlar təqdim edib. O, müasir dövrdə kibertəhlükəsizliyin önəmini vurğulayaraq qeyd edib ki, rəqəmsallaşmanın sürətlə artdığı bir zamanda fərdi və təşkilati məlumatların qorunması hər bir istifadəçi üçün prioritet məsələ olmalıdır.
Ekspert təlim iştirakçılarına kibertəhlükələrin növləri, onların törədə biləcəyi fəsadlar, bu təhdidlərdən qorunma üsulları – güclü şifrələrin yaradılması, iki mərhələli identifikasiya sistemlərinin tətbiqi, şübhəli linklərdən uzaq durmaq kimi praktiki tövsiyələr verib. Kibergigiyena qaydalarına əməl etməyin kibertəhlükələrin qarşısının alınmasında əsas rol oynadığını vurğulayıb.
Təlim zamanı real həyat nümunələri və aktual kibertəhlükəsizlik hadisələri üzərində aparılan müzakirələr iştirakçılarda mövzuya daha dərindən yanaşma imkanı yaradıb. Tələbə və əməkdaşların aktiv iştirakı ilə keçən tədbirdə onları maraqlandıran suallar da cavablandırılıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər