Bütün xəbərlər
24 aprel, 12:26

İnformasiya Texnologiyaları İnstitutunda ETN tərəfindən yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın Təbiət ixtisasları qrupunun “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib.

İnstitutdan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, hibrid formatda keçirilən tədbirdə Təbiət ixtisasları qrupunun həmsədri, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun sədri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Alt İşçi Qrupunun üzvləri, həmçinin dövlət və özəl müəssisələrdə müvafiq istiqamət üzrə çalışan mütəxəssislər iştirak ediblər.

Tədbirdə akademik Rasim Əliquliyev çıxış edərək iclasın təbiət ixtisasları təsnifatına daxil olan “Kompüter elmləri” üzrə magistratura səviyyəsində tədris proqramına müvafiq dəyişikliklərin edilməsi və yeni ixtisasların daxil edilməsi istiqamətində müzakirələrin aparılmasına həsr olunduğunu bildirib.  

Akademik Rasim Əliquliyev son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, eləcə də  “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” kimi böyük əhəmiyyətə malik mühüm dövlət sənədlərinin qəbul edildiyini deyib.

Akademik Rasim Əliquliyev İşçi Qrupu tərəfindən əmək bazarının tələbləri, müasir dövrün çağırışları, dünyanın aparıcı ali təhsil müəssisələrinin bu sahədə təcrübəsi əsasında biznes sektorunun nümayəndələrinin, ali təhsil və elmi-tədqiqat müəssisələrinin, dövlət qurumlarının da rəyi nəzərə alınmaqla ixtisaslaşmaların yeni siyahısının tərtib olunduğunu qeyd edib. Alim siyahıda yeni ixtisaslaşmaların təklif olunduğunu, bəzi ixtisaslaşmaların adlarında dəyişikliklərin edildiyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti “Kompüter elmləri” ixtisası üzrə tərtib olunmuş yeni siyahının müvafiq qurumlar tərəfindən nəzərdən keçirildiyini və siyahıya dair bəzi təkliflərin daxil olduğunu diqqətə çatdırıb.

Daha sonra “Kompüter elmləri” ixtisası üzrə Alt İşçi Qrupunun üzvləri və digər məsul şəxslər rəylər, təklif və tövsiyələr nəzərə alınmaqla yeni tədris proqramının hazırlanması istiqamətində müzakirələr aparıblar, müvafiq qərarlar qəbul ediblər.

1 /10

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.