Bütün xəbərlər
16 yanvar, 11:17

Yanvarın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində yerləşən “Gənclər Məkanı”nda uşaqlar üçün rəsm və art-terapiya mövzularında ustad dərsləri keçirilib.

“Azərbaycan müəllimi” verir ki, “Nine Senses” İncəsənət Mərkəzinin müəllimləri tərəfindən regionlarda yaşayan uşaqlar üçün ilk dəfə keçirilən ustad dərsləri onların asudə vaxtının səmərəli təşkilinə yönəlib. İnnovativ üsulla rəsm və animasiya vasitəsilə uşaqların yaradıcılıq qabiliyyətinin və potensialının üzə çıxarılması, onların daha faydalı işlə məşğul olmaları, eləcə də gələcək fəaliyyət və peşə istiqamətlərini müəyyən etməyə töhfə verilməsi bu ustad dərslərin əsas məqsədlərindəndir.

Ustad dərsləri ərzində uşaqlar müxtəlif alət və ləvazimatlardan istifadə edərək rəsm çəkmək üçün tələb olunan ilkin bilikləri mənimsəmiş, habelə incəsənət vasitəsilə dərs həyəcanının aradan qaldırılması, asudə vaxtın səmərəli planlaşdırılması texnikası ilə tanış olublar. Uşaqlar üçün maraqlı və əyləncəli keçən, ən əsası da faydalı olan ustad dərsləri valideynlərin də rəğbətini qazanmış və dərslərin davamlı olması arzusu bildirilib.

Qeyd edək ki, qazanılmış təcrübə və müsbət fikirlərə əsaslanaraq, bu və digər mövzularda ustad dərslərinin ölkəmizin digər regionlarında da təşkili nəzərdə tutulur.

1 /9

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.