Bütün xəbərlər
7 mart, 14:09

“Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil proqramlarının yenilənməsi məsələsi müzakirəyə çıxarılıb. Elm və təhsil nazirinin müvafiq sərəncamına əsasən, ali təhsil proqramlarının yenilənməsi istiqamətində genişmiqyaslı prosesə start verilib. Bu çərçivədə 21 ali təhsil müəssisəsinin və əmək bazarının təmsilçiləri ilk dəfə olaraq rəsmi qaydada bir araya gəlib və Təhsil ixtisasları üzrə işçi qrup fəaliyyətə başlayıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri ADPU-nun rektoru, işçi qrupun həmsədri Cəfər Cəfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təhsil proqramlarının yenilənməsi hər beş ildən bir həyata keçirilir: “Lakin müasir dövrün sürətli inkişafı fonunda bu müddətin uzun olduğu fikri də səsləndirilir. Buna baxmayaraq, ali təhsil müəssisələrinin il ərzində proqramların müəyyən hissəsini yeniləmək imkanları mövcuddur. Ali təhsil proqramlarının yenilənməsi, yeni proqramların hazırlanması həm bakalavriat, həm də magistratura səviyyəsində ölkəmizin ümumi inkişaf tələblərinə cavab verməklə yanaşı, cəmiyyətimizin gələcək təminatında mühüm rol oynayır".

C.Cəfərov qeyd edib ki, xüsusilə pedaqoji istiqamətli ixtisasların yenilənməsi vacibdir, çünki müəllim hazırlığı strateji əhəmiyyətə malikdir: “Bu səbəbdən də müəllim hazırlığı prosesində tədris standartlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması əsas prioritetlərdən biridir. Hazırda İşçi qrupunun tərkibi və iş planı müəyyən edilir. Bu prosesə müxtəlif ixtisaslar üzrə mütəxəssislər cəlb olunublar. İclasda qərara alınıb ki, bakalavriat səviyyəsində ilkin olaraq dörd tədris proqramı yenilənərək təqdim olunsun, digər proqramlar isə il ərzində hazırlanaraq təsdiq edilsin. Magistratura səviyyəsində isə ixtisaslaşmaların adlarının dəqiqləşdirilməsi və məzmununun formalaşdırılması nəzərdə tutulur”.

Rektor əlavə edib ki, Təhsil İxtisasları üzrə işçi qrup mayın sonuna kimi bakalavriat səviyyəsində ilkin olaraq dörd tədris proqramını yeniləyərək təqdim edəcək.

Şərhlər

Xəbər lenti

2 iyul, 10:02

Nazir müavini: Azərbaycanda ali təhsilin əlçatanlığı getdikcə artır

2 iyul, 09:59

Strasburqda UFAZ-ın Rəhbər komitəsinin növbəti iclası keçirilib

2 iyul, 09:53

ADNSU-nun komandası “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub

2 iyul, 09:53

Yeniyetmələrin psixoloji distres səviyyəsinin ölçülməsi ilə bağlı tədqiqat aparılıb

2 iyul, 09:47

Bahar Muradova: Gənc qadın alimlərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir

2 iyul, 09:44

Peşə məktəblərinin müəllimləri Belarusda təlim keçiblər

2 iyul, 09:41

Elm və təhsil naziri İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb

2 iyul, 09:40

Düzgün peşə seçimi: Karyera yolunu planlı cızanlar 

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.