Bütün xəbərlər
21 may, 12:07

20 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Davamlı inkişaf və insan hüquqları: gənclərin rolu” mövzusunda seminar təşkil olunub.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, seminara moderatorluq edən universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev iştirakçılara tədbirin əhəmiyyəti haqqında məlumat verərək, bu mövzuların müasir dövrdə aktuallığını vurğulayıb. Onun çıxışından sonra mövzuya dair hazırlanan videoçarx nümayiş etdirilib.

Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun  Pedaqogika və psixologiya kafedrasının dosenti Asim Məmmədov “Gənclər davamlı inkişafın avanqard qüvvəsi kimi” mövzusunda çıxış edib. O, gənclərin sosial inkişaf proseslərindəki liderlik potensialını, onların dayanıqlı gələcəyin qurulmasındakı məsuliyyətini qeyd edib.

Daha sonra Humanitar fənlər kafedrasının baş müəllimi Hüseyn Əsgərov “Hüquq və azadlıqların müdafiə mexanizmləri” mövzusunda məruzə ilə çıxış edərək, insan hüquqlarının qorunması istiqamətində mövcud hüquqi mexanizmlər və onların effektivliyi barədə ətraflı məlumat verib.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminar məruzələrlə yekunlaşıb.

Qeyd edək ki, tədbirin təşkilində əsas məqsədi insan hüquqlarının qorunması və davamlı inkişaf sahəsində gənclərin rolunun aydınlaşdırılması və onların bu prosesə fəal cəlb edilməsini təşviq etmək olub.

1 /4

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.