Bütün xəbərlər
17 fevral, 15:35

Təhsil sistemimizin dayanıqlı inkişafını, məktəb mühitində elm və tədqiqat prinsiplərinin tətbiqini və səmərəli idarəetməni təmin edən əsas mexanizmlərdən biri də Pedaqoji Şura iclaslarıdır.

Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarında da dövlət təhsil müəssisələrinin ali idarəetmə orqanları qismində elmi və Pedaqoji şuraların fəaliyyəti nəzərdə tutulur. Bu, yalnız qanunvericilik tələbinin yerinə yetirilməsi deyil, eyni zamanda elm və təhsil sahəsində demokratik idarəetmənin formalaşmasına imkan yaradan əsas faktorlardan biridir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsində isə dövlət ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı kimi ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji şuraların əhəmiyyəti ön plana çəkilir. Hər iki qanunun tələbinə uyğun olaraq, Pedaqoji şuralar təhsilin keyfiyyətini yüksəltmək, məktəbdaxili resurslardan səmərəli istifadəni təmin etmək və elmi prinsiplərə söykənən qərarlar qəbul etmək üçün zəruri idarəetmə mexanizmidir.

“Azərbaycan müəllimi” olaraq keçirilən Pedaqoji Şura iclaslarının mahiyyətini öyrənmək üçün bir neçə məktəbdə olduq və şura iclaslarının fəaliyyətini araşdırdıq.

Mingəçevir şəhəri İ.Rüstəmov adına 5 nömrəli məktəbin direktoru Sevinc Talıbova bildirir ki, Pedaqoji Şura iclaslarının müntəzəm keçirilməsi elm və təhsil sistemindəki yeniliklərin uğurla tətbiqinə şərait yaradır. Onun fikrincə, şurada tədris və tərbiyə prosesinin gedişatı, innovativ metodların araşdırılması, şagirdlərin davranış və nəticələrinin analizi kimi məsələlər geniş müzakirə olunur. İclasların əhəmiyyəti ondan ibarətdir ki, burada kollektivin ümumi rəyə gəlməsi, ayrı-ayrı fənn müəllimlərinin və müavinlərin təcrübə mübadiləsi aparması, qarşıya qoyulan hədəflər üzrə konkret addımların müəyyənləşdirilməsi mümkün olur. Direktor hesab edir ki, Pedaqoji şuralarda qəbul edilən qərarların gecikmədən icra edilməsi həm müəllimlərin, həm də şagirdlərin fəaliyyətində elmi-ictimai məsuliyyəti yüksəldir, bununla da məktəb mühitini pozitivləşdirir və inkişafına xidmət edir.

Mingəçevir şəhər İnteqrasiya təlimli, internat tipli gimnaziyanın təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Əsədovanın fikrincə, Pedaqoji Şura iclasları elmə əsaslanan təlim modellərini, eyni zamanda təcrübə mübadiləsini məktəbdə gündəlik iş praktikasına daxil edir. O vurğulayır ki, bu iclaslarda I yarımilin yekunlarına dair hesabatların verilməsi, böyük summativ qiymətləndirmələrin və məktəbdaxili monitorinqlərin nəticələrinin təhlili, fənn aylıqlarının keçirilmə vəziyyətinin müzakirəsi, müəllimlərin etik davranış qaydalarının qorunub saxlanılması, şagirdlərin məktəbdaxili davranışı, zəif nəticə göstərən şagirdlərlə həyata keçiriləcək tədbirlərin elmi-pedaqoji kontekstdə dəyərləndirilməsi olduqca böyük önəm daşıyır. Onun sözlərinə görə, Pedaqoji Şura iclasları zamanı qaldırılan məsələlər yalnız qərar qəbul etməklə bitmir, həmin qərarların elmi-praktik tətbiqi və nəticələrinin növbəti iclaslarda yenidən müzakirə edilməsi məhz davamlı inkişafa zəmin yaradır.

Pedaqoji şuraların işinə valideyn komitələrinin qoşulması elm və təhsil inteqrasiyası fonunda məktəb-ailə münasibətlərinin daha da möhkəmlənməsinə gətirib çıxarır. Mingəçevir şəhər Ruslan Muradov adına Texniki və humanitar fənlər liseyinin şagird davranış qaydaları üzrə nizam-intizam şurasının üzvü Xuraman Məlikova qeyd edir ki, şagirdlərin məktəbdaxili davranış qaydalarının təkmilləşdirilməsində, valideynlərin maarifləndirilməsində Pedaqoji Şura iclaslarının əhəmiyyəti son dərəcə böyükdür. Onun fikrincə, iclaslarda valideynlərin fikrini eşitmək, onların təkliflərini nəzərə almaq məktəb mühitində komanda işini və qarşılıqlı məsuliyyəti yüksəldir. Çünki təkcə müəllimlər deyil, valideynlər də təlim və tərbiyə prosesində mühüm rola malikdirlər və bu səbəbdən Pedaqoji şuralarda onlara müşahidəçi və məsləhətçi statusu ilə də olsa, fəal iştirak üçün şərait yaradılmalıdır.

Liseyin sinif valideyn komitəsinin üzvü Gülnar Hüseynova bildirir ki, Pedaqoji şuralarda şagirdlərin bilik, bacarıq və davranışlarının daim diqqətdə saxlanılması təlim prosesinin keyfiyyətini xeyli yüksəldir. Onun fikrincə, Pedaqoji Şura iclaslarında sadəcə qərarların qəbulu deyil, həm də bu qərarların növbəti mərhələlərdə tətbiqi və effektliliyinin yenidən araşdırılması ali nəticəyə xidmət edir. Bu proses şagirdləri dəstəkləməklə yanaşı, məktəbdə demokratik idarəetmənin və bilik mübadiləsinin formalaşmasına təkan verir.

Aparılan təhlillər göstərir ki, Pedaqoji Şura iclasları təhsil müəssisələrində təşkilati və ideoloji əsasların düzgün qurulmasına, elm və tədqiqat prinsipləri ilə sintez olunmuş qərarların verilməsinə, valideyn-müəllim-şagird əməkdaşlığının sistemli şəkildə tətbiqinə zəmin yaradır. İclasların əhəmiyyəti məktəbdəki təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəltməklə yanaşı, davamlı inkişafa və yenilənməyə imkan yaradır. Bu yanaşma göstərir ki, Pedaqoji şuralar müasir təhsil strategiyalarının reallaşdırılması və keyfiyyətli nəticələrin əldə olunması üçün ən effektiv vasitələrdən biridir.

Şərhlər

Xəbər lenti

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.