"Məktəbimizin Ailə İcma Birliyi" layihəsi çərçivəsində məktəb, valideyn və şagird üçbucağının möhkəmləndirilməsi istiqamətində təlim keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlim "Məktəb, valideyn şagird üçbucağının fəal bacarıqlarla möhkəmləndirilməsi", "Şagirdlərin asudə zamanının səmərəli şəkildə keçirilməsi", "Valideyn-övlad münasibətlərinin qiymətləndirilməsi" mövzuları ətrafında qrup işləri və təqdimatlar formatında keçirilib.
Xatırladırıq ki, layihə Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur. Layihənin məqsədi, şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)