Bütün xəbərlər
15 may, 17:10

Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində “yaşıl könüllülər” üçün keçirilən görüşlər başa çatıb.

“Azərbaycan müəllimi" xəbər verir ki, Lənkəran şəhərində keçirilən sonuncu görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Afiq Məlikov tərəfindən iqlim dəyişikliyinin təsirləri, mövcud iqlim trendləri və iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri barədə interaktiv sessiya, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin koordinatoru Famil Məmmədov tərəfindən isə özünüinkişaf və karyera planlamasına dair praktik məşğələlər təşkil edilib, şagirdlərə şəxsi məqsədlərin müəyyən olunması və gələcək karyera istiqamətlərinin planlaşdırılması üzrə məlumat verilib.

Qeyd edək ki, layihənin növbəti mərhələsində uşaqları maarifləndirmək və onların ekoloji düşüncəsini formalaşdırmaq məqsədilə Bakı, Şəki və Lənkəran şəhərlərində yerləşən qoruqlar və milli parklara “yaşıl könüllülər” üçün maarifləndirici ekskursiyaların təşkili nəzərdə tutulur. Bu ekskursiyalar zamanı iştirakçılara biomüxtəliflik, ətraf mühitin qorunması və davamlı inkişaf prinsipləri haqqında əyani məlumatlar veriləcək.

1 /9

Şərhlər

Xəbər lenti

21 iyun, 11:40

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 11:28

"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib

21 iyun, 11:28

Sertifikatlaşdırma qaydalarında dəyişiklik gözlənilirmi? – AÇIQLAMA

21 iyun, 11:07

Gələcəyin müəllimləri məzun oldu: ADPU-da “Məzun günü”

21 iyun, 11:05

Türkiyənin məktəblərində yenidən vahid geyim forması tətbiq olunacaq

21 iyun, 10:55

Hafiz Paşayev: ADA-da yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

21 iyun, 10:46

Qırğızıstanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

21 iyun, 10:33

İmtahandan uğurla keçən 123 nəfərin təhsil xərclərini TİF qarşılayıb

21 iyun, 10:12

Nazir müavini Azərbaycan və Özbəkistanın Hökumətlərarası Komissiyasının iclasında çıxış edib

21 iyun, 09:54

Universitetlərin reytinqində Azərbaycan ən çox irəliləyən iki ölkədən biridir

21 iyun, 09:54

Təhsildə hər bir nöqsanın aradan qaldırılması zaman tələb edir – MÜSAHİBƏ

21 iyun, 09:45

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

21 iyun, 09:43

Sergey Xristolyubov: Reytinq Azərbaycanın Qafqazda ali təhsil sahəsində danılmaz liderliyini təsdiqləyir

21 iyun, 09:33

Təkrar sertifikatlaşdırmada iştirak edənlər: Çox sanballı suallar seçilmişdi

21 iyun, 09:25

Universitetlərimiz əsas indikatorlar üzrə müsbət dinamika nümayiş etdiriblər – Təhsil eksperti  

21 iyun, 09:00

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

20 iyun, 18:15

Şəhid övladı olan müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

20 iyun, 17:33

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Karyera Günü” keçirilib

20 iyun, 17:30

“İşəgötürənləri dərslərdə iştirak etməyə dəvət edirik” – Ceyhun Kərəmov

20 iyun, 17:20

“Aylarla hazırlığa ehtiyac yoxdur” – Sertifikatlaşdırma təcrübələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.