
10-16 may tarixlərində ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik yarışmasında Sistem proqram təminatı (Systems Software) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Tağızadə Nicat və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.
“Azərbaycan müəllimi” xəbər verir ki, artıq 14 ildir məktəblilərimiz bu mötəbər yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də Grand mükafat qazanmağa müvəffəq olublar.
Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Regeneron ISEF) orta məktəb şagirdləri üçün dünyanın ən böyük qlobal elm yarışmasıdır.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər