Bütün xəbərlər
4 mart, 15:14

“Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsinin bağlanış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Karneqi Klubun təsisçi-direktoru Nəcəf Allahverdiyev, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, 288 nömrəli tam orta məktəbin direktoru Aygün Hüseynova, şagirdlər və müəllimlər iştirak ediblər.

Layihə rəhbəri Məlahət Budaqova layihənin gedişatı, əldə olunan nəticələr və şagirdlərin inkişafı barədə geniş məlumat verib. Daha sonra qonaqlar layihənin əhəmiyyətindən danışaraq öz təəssüratlarını bölüşüblər.

Layihə çərçivəsində keçirilən “Xarizmatik Natiq” təlimlərində şagirdlər natiqlik, ünsiyyət, özünə inam, stress menecment və motivasiya bacarıqlarını inkişaf etdiriblər. İki ay davam edən və həftədə iki dəfə olmaqla keçirilən təlimlərdə 60 şagird iştirak edib. Onlar əsasən praktiki tapşırıqlar üzərində işləyərək natiqlik qabiliyyətlərini təkmilləşdiriblər.

Bağlanış mərasimində “Xarizmatik Natiq” yarışı da keçirilib. Yarışda seçilən üç ən yaxşı natiq və digər iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Qaliblər öz çıxışları ilə tədbir iştirakçılarının rəğbətini qazanıblar.

Xatırladaq ki, “Məktəblilərin natiqlik dərnəyi” qrant layihəsi Bakı şəhəri 288 nömrəli tam orta məktəbin müəllimi Məlahət Budaqova tərəfindən icra olunub. Layihənin məqsədi şagirdlərin natiqlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, onları ictimai çıxışlarda daha uğurlu, özünə inamlı və xarizmatik natiq kimi yetişdirmək olub.

 

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.