Bütün xəbərlər
11 avqust, 17:07

Cəmiyyətin inkişafı, insanların rifah halının yüksəlişi, onların təhsili, tərbiyəsi, mədəni davranışı, səmərəli fəaliyyəti müəllimin pedaqoji fəaliyyətindən, onun fədakar əməyindən çox asılıdır. Müəllim bugünkü yetişən nəslə təhsil verməklə millətin gələcəyini hazırlayır.

Ulu Öndər Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”. Müəllimlik cəmiyyətin ən şərəfli və ən hörmətli peşəsidir. Ulu Öndər Heydər Əliyev müəllim adına, müəllim əməyinə, fəaliyyətinə daim böyük qiymət vermiş, bu şərəfli əmək sahiblərinin fəaliyyətini yüksək dəyərləndirərək demişdir: “Mən yer üzündə müəllim adından yüksək və şərəfli bir ad tanımıram!”. Bu qiymətli fikirlər dahi rəhbərin müəllimlik peşəsinə yaxından bələd olmasından, bu peşəni icəliklərinə qədər dərindən bilməsindən, bu peşəni məhəbbətlə sevməsindən və daim müəllimlərinə dərin hörmət və məhəbbət bəsləməsindən irəli gəlirdi.

Müəllim cəmiyyətimizdə gedən tərəqqinin, yeni dövlət quruculuğunun önündə addımlayan və yetişən nəsli ən yeni biliklərlə silahlandıran, tərbiyələndirən, inkişaf etdirən fəal bir ziyalıdır.

İnsanlar müəllimlər vasitəsilə elm, bilik qazanaraq müxtəlif peşələrə yiyələnir, inkişaf edir, formalaşır, sosiallaşır, tərbiyə olunur, dünyanı dərk edir, ətrafda baş verənləri düzgün qiymətləndirir, həyatda fəal mövqe tutur və gələcək həyatını qurur. Bu cəhətdən müəllimlik yer üzünün ən şərəfli peşəsidir.

Elə yeni çıxan kitabın adı da “Yer üzünün ən şərəfli peşəsi - müəllimlik” adlanır. Kitab “Müəllim” nəşriyyatı tərəfindən nəfis şəkildə, çox zövqlü dizaynla çap edilib (Bakı: “Müəllim”, 2025, 400 s.). Metodik vəsaitin müəllifləri professor Rüfət Lətif oğlu Hüseynzadə və dosent Sultanəli Şükür oğlu Qurbanovdur. Metodik vəsaitin elmi redaktoru ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri professor İramin İsayevdir. Vəsaitin rəyçiləri - BDU-nun Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova, ARTİ-nin Elmi Katibi professor, Əməkdar müəllim Akif Abbasov, SDU-nun Pedaqogika kafedrasının müdiri dosent Aytəkin Məmmədova, ADPU-nun Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Rüstəm qızı Quliyevadır.

Metodik vəsait, ilk növbədə, ümumtəhsil məktəblərinin, kollec və ali məktəb müəllimlərinin istifadəsi üçün nəzərdə tutulub. Bununla bərabər pedaqoji təmayüllü ali məktəb tələbələrimiz, magistr və doktorantlarımız çox rahatlıqla, geniş şəkildə bu kitabdan faydalana bilərlər.

Rüfət HÜSEYNZADƏ,

pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim

1 /1

Şərhlər

Xəbər lenti

21 oktyabr, 21:44

Bakıda məktəbdə yanğın olub? – BŞTİ-dən AÇIQLAMA

21 oktyabr, 21:15

Qarabağ Universitetində startap və rəqəmsallıq mövzusunda görüş keçirilib

21 oktyabr, 21:07

Qarabağ Universiteti təhsil və innovasiyanın mərkəzinə çevrilir

21 oktyabr, 18:55

Türkiyənin Ali Təhsil Şurasının sədri Qarabağ Universitetini ziyarət edib

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.